Türkiyənin müdafiə naziri Azərbaycanda keçirilən təlimin bağlanışına qatılacaq | 1news.az | Xəbərlər
Siyasət

Türkiyənin müdafiə naziri Azərbaycanda keçirilən təlimin bağlanışına qatılacaq

17:40 - 26 / 09 / 2017
Türkiyənin müdafiə naziri Azərbaycanda keçirilən təlimin bağlanışına qatılacaq

Türkiyənin milli müdafiə naziri Nurəddin Caniklinin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 27-də Azərbaycana səfər edəcək.

1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, səfər çərçivəsində Türkiyə nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında rəsmi görüşlərinin keçirilməsi, həmçinin Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı - 2017” birgə taktiki-uçuş təlimlərinin bağlanış mərasimində iştirakı nəzərdə tutulub.

Səfər sentyabrın 29-dək davam edəcək.

S.Xankişiyeva

 

 

Paylaş:
784

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər