Ölkə ərazisində şimşək çaxıb, yağış yağıb - Faktiki hava | 1news.az | Xəbərlər
Cəmiyyət

Ölkə ərazisində şimşək çaxıb, yağış yağıb - Faktiki hava

11:31 - 26 / 09 / 2017
Ölkə ərazisində şimşək çaxıb, yağış yağıb - Faktiki hava

Sentyabrın 25-i gündüzdən 26-sı səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə intensiv olub.

1news.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, düşən yağıntının miqdarı Böyük Qafqazda 16-80, Mərkəzi-Aran rayonlarında 1-20, Lənkəran-Astara zonasında 1-8, Naxçıvan MR-da 1-6 mm təşkil edib.

S.Xankişiyeva

 

Paylaş:
616

Son xəbərlər

Bütün xəbərlər