Laçın RİH-nin əməkdaşının kürd referendumunu dəstəkləməsi məsələsi araşdırır | 1news.az | Xəbərlər
Cəmiyyət

Laçın RİH-nin əməkdaşının kürd referendumunu dəstəkləməsi məsələsi araşdırır

12:28 - 26 / 09 / 2017
Laçın RİH-nin əməkdaşının kürd referendumunu dəstəkləməsi məsələsi araşdırır

Laçın rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanirverdiyevin sosial şəbəkələrdə İraqKürdüstanında keçirilən müstəqillik referendumunu dəstəkləyən fotolar paylaşması məsələsi araşdırılır. Bu məsələ nəzarətdədir.

1news.az  xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından APA-ya bildirilib ki, şöbə müdirinin əməlində qanun pozuntusu müəyyən ediləcəyi təqdirdə məsələyə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, Fizuli Tanirverdiyev özünün Facebook səhifəsindəİraq Kürdüstanının müstəqilliyini dəstəklədiyini bildirib, Şimali İraqKürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin fotolarını paylaşıb.

1news.az   

 

Paylaş:
743

Son xəbərlər

Bütün xəbərlər