Meteoroloqlardan xəbərdarlıq: Temperatur 5-8 dərəcə aşağı enəcək, yağış və qar yağacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Meteoroloqlardan xəbərdarlıq: Temperatur 5-8 dərəcə aşağı enəcək, yağış və qar yağacaq

12:41 - 26 / 09 / 2017
Meteoroloqlardan xəbərdarlıq: Temperatur 5-8 dərəcə aşağı enəcək, yağış və qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 27-28-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu 5-7 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında sentyabrın 27-dən ayın sonunadək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur. 

Babək Cahandarov

Paylaş:
753

Son xəbərlər

Bütün xəbərlər