Keçmiş məhkum 15 baş qoyun oğurladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Keçmiş məhkum 15 baş qoyun oğurladı

14:22 - 27 / 09 / 2017
Keçmiş məhkum 15 baş qoyun oğurladı

Ağdam sakininin qoyunları oğurlayan şəxs saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, sentyabrın 24-də Ağdam rayonunun Rzalar kənd sakini Soltan Məmmədova məxsus 15 baş qoyun kəndin otlaq sahəsindən oğurlanıb.

Ağdam RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmkəndlisi, əvvəllər məhkum olunmuş Mahir Məmmədov tutulub.

Babək Cahandarov

Paylaş:
1043

Son xəbərlər

Bütün xəbərlər