Avtomobilin yanacaq çənindən 59 ədəd mobil telefon aşkar edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Avtomobilin yanacaq çənindən 59 ədəd mobil telefon aşkar edildi

20:26 - 27 / 09 / 2017
Avtomobilin yanacaq çənindən 59 ədəd mobil telefon aşkar edildi

Gürcüstandan Azərbaycana xeyli miqdarda mobil telefonun qanunsuz yolla keçirilməsinin qarşısı alınıb.

1news.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat veriblər.

Məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarina qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən idarənin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Volksvagen Passat” markalı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq çənin içində xüsusi düzəldilmiş gizlin-saxlanc yerindən 10 ədəd “Samsung Galaxy J1 prime”, 2 ədəd “Samsung Galaxy J5”, 45 ədəd “Otel 230”, 2 ədəd “X-BO Model-06” markalı mobil telefonlar, 43 ədəd qidalandırıcı başlıq, 15 ədəd adapter, 60 ədəd qulaqcıq və 45 ədəd USB kabel aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Babək Cahandarov

Paylaş:
624

Son xəbərlər

Bütün xəbərlər