“Qarabağ” - “Roma” oyununda start heyət açıqlanıb | 1news.az | Xəbərlər
İdman

“Qarabağ” - “Roma” oyununda start heyət açıqlanıb

19:33 - 27 / 09 / 2017
“Qarabağ” - “Roma” oyununda start heyət açıqlanıb

Sentyabrın 27-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda “C” qrupunda keçiriləcək “Qarabağ”-“Roma” oyununun start heyəti açıqlanıb.

Bakı Olimpiya Stadionunda keçiriləcək oyunda Ağdam təmsilçisinin heyətində ilk onbirlikdə İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Miçel, Dino Ndlovu, Pedro Enrike, Mahir Mədətov, Rəşad Sadıqov, Riçard Almeyda, Ansi Aqolli, Bədavi Hüseynov yer alıblar.

“Roma”nın heyətində isə meydana Alison Beker, Raca Naynqolan, Juan Jesus, Lorenzo Pelleqrini, Edin Dzeko, Aleksandr Kolarov, Maksim Qonalons, Qriqori Defrel, Bruno Peres, Kostas Manolas, Stefan El Şaravi çıxacaqlar.

Görüşü portuqaliyalı baş hakim Artur Dias idarə edəcək.

“Qarabağ”-“Roma” matçı saat 20:00-da başlayacaq.

S.Xankişiyeva

 

Paylaş:
780

Son xəbərlər

Bütün xəbərlər