İmişlidə 6 otaqlı ev yanaraq kül oldu
İmişli rayonunda yerləşən evlərdən birində güclü yanğın olub.
1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, İmişli rayonu, Aranlı kəndində ümumi sahəsi 280 m2 olan birmərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yaxınlıdakı tikililər yanğından mühafizə olunub.
Babək Cahandarov
966