Baş katib: Prezidentlərin görüşü tərəflər arasında etimad yaradılmasına kömək edəcək | 1news.az | Xəbərlər
Siyasət

Baş katib: Prezidentlərin görüşü tərəflər arasında etimad yaradılmasına kömək edəcək

11:36 - 27 / 09 / 2017
Baş katib: Prezidentlərin görüşü tərəflər arasında etimad yaradılmasına kömək edəcək

BMT-nin baş katibi  Antonio Quterres Ermənistan və Azərbaycanın xarici işlər nazirləri  Edvard Nalbandyan və Elmar Məmmədyarov arasında Nyu-Yorkda keçirilmiş görüşü alqışlayır və ATƏT-in Minsk qrupunun səylərinə dəstəyini ifadə edir.

1news.az xəbər verir ki, bunu baş katibin rəsmi nümayəndəsi Stefan Dyujarrik deyib.

O bildirib: “BMT-nin baş katibi həmsədrlərin gərginliyin de-eskalasiyasına danışıqlar prosesinin bərpasına istiqamətlənmiş işinə öz dəstəyini ifadə edir. Baş katib ümid edir ki, prezident səviyyəsində planlaşdırılan görüş tərəflər arasında etimad yaratmağa, və əsas məsələlər üzrə kompromis həllərin tapılmasına kömək edəcək.

Pərvanə Sultanova

 

Paylaş:
895

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər