Düsseldorfda Müslüm Maqomayevə həsr olunan  mədəniyyət axşamı keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Düsseldorfda Müslüm Maqomayevə həsr olunan  mədəniyyət axşamı keçirilib – FOTO

13:12 - 28 / 09 / 2017
Düsseldorfda Müslüm Maqomayevə həsr olunan  mədəniyyət axşamı keçirilib – FOTO

Almaniyanın Düsseldorf şəhərindəki Robert Şuman Konsert Zalında SSRİ xalq artisti, dünya şöhrətli müğənni Müslüm Maqomayevin anadan olmasının 75-ci ildönümünə həsr olunan mədəniyyət axşamı keçirilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, tədbir Düsseldorf şəhərinin meriyasının himayəsi altında Müslüm Maqomayev Mədəniyyət Fondu ilə tərəfdaşlıqda Azərbaycanın Almaniyadakı diasporunun təmsilçisi Lalə Süleymanovanın rəhbərlik etdiyi “Pinocchio e.V.” cəmiyyəti tərəfindən təşkil edilib.

Tədbirdə Nordrayn Vestfaliya əyalətinin deputatları Filip Taser və İonis Vatalis, Düsseldorf Əcnəbilər Şurasının sədri Katarina Kabata, Müslüm Maqomayev Fondunun baş direktoru Marqarita Kosareva, Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri Marat Kəngərlinski, Rusiyanın Düsseldorfdakı baş konsulunun müavini Valeriy Sidorov qonaq qismində iştirak ediblər.

Açılış mərasimində çıxış edən qonaqlar Müslüm Maqomayevin həyat və yaradıcılığı, müğənnilik istedadı haqqında söhbət açıb, ürək sözlərini bölüşüblər.

Konsertdə maestro Mustafa Mehmandarovun rəhbərliyi ilə çıxış edən “Xəzər virtuozları” kamera orkestrinin müşayiəti ilə opera solistləri İlham Nəzərov, Dəmir və Tatyana Zakirovların ifalarında dünya korifeylərinin əsərlərindən və Müslüm Maqomayevin repertuarından mahnılar səslənib. Çexiyada yaşayan şair Leyla Begim Cəfərova isə dünya şöhrətli müğənninin xatirəsinə həsr etdiyi şeirini oxuyub. Almaniyada yaşayan məşhur skripka ifaçısı Anar İbrahimov konsertdə çıxış edib. Konsert boyu Müslüm Maqomayevin məşhur mahnılarının videoyazıları nümayiş etdirilib.

Sonda Müslüm Maqomayev Fondunun prezidenti, mərhum müğənninin həyat yoldaşı Tamara Sinyavskaya çıxış edərək təşkilatçılara, ifaçılara və qonaqlara dərin minnətdarlığını bildirib.

S.Xankişiyeva

 

Paylaş:
804

Son xəbərlər

FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:04Qızılın bahalaşması davam edirBu gün, 10:48AZAL Təl-Əviv və əks istiqamətdə reysləri dayandırıbBu gün, 10:44Bakıda polisdən qaçmağa cəhd edən şübhəlilər saxlanılıb, yaralı varBu gün, 10:33QDF Şuşa şəhərinə konsert royalının hədiyyə edilməsi ilə bağlı “Qarabağ gecəsi” konsertini keçirib - FOTOBu gün, 10:21DİN: Ötən gün 32 cinayətin üstü açılıbBu gün, 10:14İtaliyanın müdafiə naziri Azərbaycana səfər edibBu gün, 10:11Yağış yağıb, 29 dərəcəyədək isti olub - Faktiki havaBu gün, 09:59AZAL COP29 tədbiri zamanı aviareysləri təxirə salacaq? - CAVABBu gün, 09:41Şamaxıda cibgirlikdə şübhəli bilinən şəxslər saxlanılıblarBu gün, 09:35Azərbaycan nefti cüzi ucuzlaşıbBu gün, 09:24Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqladıBu gün, 09:12Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesinin hazırkı vəziyyətindən danışıbBu gün, 09:11Bərdədə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 5 kiloqram marixuana aşkarlanıbBu gün, 09:10Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edibBu gün, 09:01Azərbaycanla Çin arasında dəmiryolunda əməkdaşlığın genişləndirilməsi müzakirə olunubBu gün, 09:00Bakının sıxlıq müşahidə olunan yolları açıqlandıBu gün, 08:58İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar23 / 09 / 2024, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHI23 / 09 / 2024, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLAR23 / 09 / 2024, 17:45
Bütün xəbərlər