Bakı, Ankara və Tiflisin əməkdaşlığı nə üçün İrəvanı narahat edir? | 1news.az | Xəbərlər
Siyasət

Bakı, Ankara və Tiflisin əməkdaşlığı nə üçün İrəvanı narahat edir?

16:49 - 28 / 09 / 2017
Bakı, Ankara və Tiflisin əməkdaşlığı nə üçün İrəvanı narahat edir?

Azərbaycan-Türkiyə-Gürcüstanın üçtərəfli əməkdaşlığının intensiv inkişaf formatı son zamanlar Ermənistan siyasi dairələrini çox ciddi narahat edir.

Deyilənlərə görə, bu mövzu Ermənistan prezidenti Serj Sarkisyanı yamanca narahat edərək onun kabusuna çevrilib.

Sentyabrda Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin görüşündən sonra erməni siyasi dairələrində həyəcan təbili daha da artıb. XİN rəhbərləri görüş zamanı gələcək əməkdaşlıq üçün yol xəritəsinin işlənib hazırlanmasıyla bağlı razılığa gəliblər. Bunun bariz nümanəsi erməni KİV-ində mövzu ilə bağlı ekspert şərhlərinin yer almasıdır. 

Hazırda erməni ekspertləri açıq şəkildə bildirirlər ki, üçtərəfli münasibətlərin dərinləşməsi və inkişafı konkret olaraq Ermənistana qarşı yönəlib.

Yaxın günlərdə ekspert, fövqəladə və səlahiyyətli səfir rütbəsində olan Arman Navasardyan təəssüflə qeyd edib ki, Gürcüstan öz qonşuları, xüsusilə Azərbaycan və Türkiyə ilə münasibətlərin inkişafı siyasətini yürüdür”. Bununla yanaşı o, qeyd edib ki, Türkiyə və Azərbaycanın Gürcüstanla bağlı münasibəti müəyyən dərəcədə Ermənistana qarşı yönəlib”.

Ermənistan istisna olmaq şərtilə, Azərbaycanın qonşu dövlətlərlə birgə layihələrin təşəbbüsü və həyata keçirilməsi – rəsmi Bakının xarici siyasət vektorunun bir hissəsidir. Lakin vəziyyətin belə alınmasında İrəvan yalnız özünü qınamalıdır.

Belə ki, Ermənistan özü Azərbaycan ərazilərini işğal edərək demək olar ki, bütün qonşularla münasibətləri korlayıb, həmçinin özünü bütün regional layihələrdən təcrid edib. Bundan da yalnız özü əziyyət çəkir.

Bununla yanaşı, genişmiqyaslı energetika layihələrə əlavə olaraq yeni nəqliyyat layihəsi – Bakı-Tbilisi-Qars dəmir yolu regionun rifahı üçün geniş imkanlar açır. Bu layihə Mərkəzi Asiya ilə Avropanı birləşdirən vacib həlqə olacaq.

Yeni dəmir yolu xəttini rəsmi açılış mərasimi oktyabrın 28-də baş tutması gözlənilir. Bu xətt vasitəsilə illik yükdaşıma 22 milyon tondan 35 milyonadək artırılacaq.

Bu layihə Ermənistanın təcridini daha da çətin vəziyyətə salacaq.

Ermənistan-Gürcüstan münasibətlərinin digər büdrəməlrdən biri də NATO-nun iştirakı ilə hərbi təlimlər oldu. Xatırladaq ki, sentyabrda Agile Spirit 2017 çoxmillətli təlimlər zamanı erməni hərbçilər Gürcüstana gəlmədi. Baxmayaraq ki, İrəvan rəsmi olaraq burada iştirakını dəfələrlə elan etmişdi.

Öz günah və məsuliyyətini başqasına yıxmaq çoxəsrlik  ənənəsinə sadiq olaraq ermənilər bu halda gürcü hökumətini ittiham etdi. Qeyd edirlər ki, erməni tərəfinin NATO-nun hərbi təlimlərində iştirak etməməsinin başlıca səbəbkarı Tiflisdir”.

Burada həqiqət payı olduğunu dəqiq bilmirik, lakin gürcü-erməni münasibətlərində çətinliklərlə bağlı Gürcüstanda da fəal surətdə yazırlar.

Nümunə üçün, gürcü elektron KİV-ində yer alan analizlər göstərir ki, iki dövlət arasında münasibətlər hələ ötən ildən – Ermənistan prezidenti, tanınmamış Abxaziya və Gürcüstanın Sxinvali regionunda cinayətkar separatçı birləşmə DQR-in “25 illik yubileyinə” həsr olunmuş ziyafətdən sonra açıq şəkildə “soyuyub”.

Bu görüş gürcü ictimaiyyətində güclü hiddət yaratdı. Gürcü KİV-inin yazdığı kimi, həmin vaxt rəsmi İrəvan özünü açıq şəkildə ­– ilk olaraq görüşü inkar etdi, daha sonra isə fotolar ortaya çıxanda Gürcüstan XİN-ə heç bir açıqlama vermədə sualdan yayındı.

Daha bir fakt: avqustun 28-də Azərbaycanın işğal olunmuş ərazisi olan Xankəndidə iki tanınmamış törəmə - Qarabağ və Abxaziyanın “xarici işlər nazirləri” Karen Mirzəyanla Daira Kovenin görüşü baş tutub. Görüşün yekunu olaraq “anlaşma memorandumu” da imzalanıb.

Bu, gürcü ekspert cəmiyyətinə erməni hökumətinin açıq şəkildə düşmənçiliyi kimi qiymətləndirilib.

“Erməni hökuməti Suxumu separatçı rejimini (qondarma “Abxaziya respublikasını”) tanıyıblar. Düzdü bunu çox hiyləgərcəsinə - Qarabağda işğalçı rejimdə, yəni qondarma DQR və ya “Artax”da etdilər. Lakin mahiyyət etibarilə bu, Ermənistanın Gürcüstana qarşı düşmənçilik münasibətində heç nəyi dəyişmir”, - lenta.ge nəşri yazır.

Bütün bunlardan sonra: yumşaq desək, düşmən addımlarından sonra İrəvanın Tiflisdə onları qollarını açaraq qarşılanmasını gözləyirlər?

Məşhur azərbaycanlı politoloq Tofiq Abbasovdan məsələ iə bağlı münasibət bildirməsini xahiş etdik: 

- Ermənistanın destruktiv siyasəti nəticəsində Cənubi Qafqazada xəstə ab-hava yaranıb. Təxminən 100 ildən də az bir müddət əvvəl Azərbaycan, Gürcüstan və Ermənistan öz müstəqilliklərini elan etdikləri zaman bu ölkələrin siyasi elitaları müstəqilliyin qorunub saxlanılmasının çətinliyini yaxşı bilirdilər.

Həmin üç xalqın siyasi gələcəyi həll olunma məsələsində məhz ermənilər ərazi iddiaları irəli sürərək bütün ab-havanı zəhərlədilər. Yəni siyasi uzaqgörənlik göstərərək yenicə yaranmış üç respublikanın eyni məcrada yaşaması haqda düşünmə məqamında ermənilər qəfildən istər Gürcüstandan, istərsə də Azərbaycandan ərazi iddiaları irəli sürməyə başladılar. Qeyri-sağlam, həsəd tendensiyası erməni elitasında bu günə qədər mövcuddur. Bütün bunları Ermənistan Azərbaycan-Gürcüstan münasibətlərini korlamaq üçün məqsədli surətdə həyata keçirir.

Erməni elitasının xəstə siyasətinin mahiyyəti nədən ibarətdir? İlk olaraq onların Gürcüstana qarşı ərazi iddiaları var. Dünya ictimaiyyətinin istər Abxaziyanın, istərsə də Cənubi Osetiyanın müstəqilliklərini tanımamaqlarına baxmayaraq, ermənilər bu ərazilərin idarə etməsini öz əllərinə almaq istəyir. 

Həmçinin Abxaziyada erməni hərəkatının liderləri muxtariyyat məsələsini siyasi deyil, mədəni səviyyədə irəli sürürlər. Bunun arxasında nəyin gizləndiyi isə açıq görünür – ermənilər həmişəki kimi əvvəl mədəni muxtariyyat, sonra isə məqsədli surətdə siyasi müstəqillik istiqamətində işlər həyata keçirirlər.

Ermənilər bir zamanlar Qarabağda Gürcüstanın inkişaf edən, Stalin tərəfindən deportasiyaya məruz qalmış məshəti türklərinin yaşadığı Cavahetiyaya da iddia irəli sürmüşdülər. 

Yəni biz burada Ermənistanın separatçı poliqonuna çevrilməsinin, ilk olaraq Cənubi Qafqaz respublikalarında – Azərbaycan və Gürcüstanda, daha sonra isə Rusiyada – Azov və Qara dəniz hissələrində ərazi iddiaları trendini inkişaf etdirilməsini görürük. Erməni şovinistlərinin planlarına əsasən onlar nə vaxtsa Qara dənizə çıxışı əldə etməlidirlər. Buna görə də onların ilkin planı ermənilərin sürətlə artdığı Rusiyanın cənubunda müxtariyyat alması məsələsidir.

Bu bölgədə ermənilər biznes sahəsini ələ keçiriblər. Kifayət qədər maliyyə vəsaiti əldə etdikdən sonra separatçı hərəkatlarını irəlilədərək heç vaxt ermənilərin olmayan “tarixi məskənlərini” iddia edəcəklər.

Burada, Cənubi Qafqazda ermənilər gürcü cəmiyyətində “öz xeyirxah niyyətlərini” aşılamaq üçün süni fasad yaradırlar. Və bu məsələdə Tiflislə İrəvan arasında hansısa narazılıq əlamətləri varsa, bütün bunlara “Azərbaycan faktorları” səbəbdir.

Azərbaycan və Gürcüstan hakimiyyətinə Heydər Əliyev və Eduard Şevardnadze gəldiyi zaman ölkələr arasında dərhal dialoq bərpa olundu. Və Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələri göstərir ki, biz dostluq və əməkdaşlıq etməyi bacarırıq. Layihələrimiz də uzunmüddətli olaraq gələcəyə istiqamətlənib. 

Gürcüstanın siyasi elitası, təhlükəsizlik orqanları Cavahetiyada baş verənləri çox yaxşı bilir. Onlar yaxşı bilir ki, bura təhlükəli separatçı ərazidir. Burada ermənilər bir zamanlar Qarabağda törətdiklərini təkrarlaya bilərlər. Bu da çox açıq-aydın görünür.

Bu gün Ermənistan – Avrasiya separatizm mərkəzidir və burada təhlükəli trendlər mövcuddur. Bütün bunlar Cənubi Osetiyada öz əksini tapacaq. Çünki ermənilər Rusiyada yerüstü dəhlizlər yaratmağa çalışırlar.

Hazırda Ermənistanda siyasi sifariş var – Abxaziya və Cənubi Osetiyadakı erməni icmaları iki nəqliyyat xəttləri, avtomobil yollatı çəksinlər. Bununla da Ermənistanla Rusiyanı birləşdirsinlər.

Onların iştahalarının qarşısını almaq lazımdır. Bununçün gürcü tərəfi risk faktorlarını düzgün nəzərə alaraq adekvat addımlar atmalıdırlar. Düşünürəm ki, Gürcüstanın siyasi elitası vaxtında erməni fitnələrini kəsmək üçün kifayət qədər məlumatlıdırlar.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
859

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər