Ziyad Səmədzadə: Azərbaycanın reytinqdəki mövqeyi ölkə rəhbərliyinin uğurlu siyasətinin nəticəsidir
Azərbaycan “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı” (QRH və ya WEF) indeksi reytinqində yüksəlməyə layiq görülüb.
Bunu 1news.az-a Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib:
“Azərbaycan müstəqil iqtisadi siyasəyət həyata keçirməklə, beynəlxalq proses və iri energetik layihlərdə fəal iştirak etməklə, eləcə də əlverişli investisiya mühitini yarataqla QRH kimi nüfuzlu təşkilatda reytini yüksəldib”.
Həmçinin o, qeyd edib ki, Azərbaycan QHR-in fəal iştirakçılarındandır, ölkə başçısı İlham Əliyev Davosda Dünya İqtisadi Forumunda dəfələrlə iştirak edib:
“Azərbaycan iqtisadi rəqabətliliyin yüksəlməsi üçün inamlı siyasət yürüdür. Yeni qanunlar qəbul edir, sahibkarlığın inkişaf yolundakı maneələri aradan qaldırır, sənaye parkları yaradır, yeni iş yerlərinin açılışı ilə yoxsulluğun aradan qaldırılmasına nail olub. Ümumilkdə isə, QHR-in reytinqində ölkəmizin mövqeyinin möhkəmlənməsinə Azərbaycan rəhbərliyinin uğurlu siyasətinin nəticəsi kimi baxıram”.
Onun sözlərinə görə, Azərbaycanda iqtisadi siyasətinin həyata keçirməsində qlobal risklər nəzərə alınır:
“Məhsuldarlıq gözqabağındadır. İnflasiya aşağı endirilib, dövlət büdcəsi kəsiri aşağı səviyyədədir, Azərbaycan iqtisadiyyatına fəal investisiyaların yatırılması üçün əlverişli mühit yaradılıb. Bunun ən müsbət və vacib nümunəsi – yaxın vaxtlarda on milyard dollara hesablanmış yeni neft müqaviləsinin imzalanmasıdır”.
Qlobal Rəqabətlilik Hesabatı indeksində Azərbaycanın yüksəlməsi məsələsinə dünya kapital bazarı necə reaksiya verəsək sualına Z.Səmədzadə bildirib:
“Azərbaycanın investisiya üçün əlverişli məkan olmasını daha yaxşı anlayacaqlar”.
Qeyd edək ki, Azərbaycan bu il “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda iki pillə irəliləyərək 137 ölkə arasında 35-ci yerə sahib olub. Bu hesabat Dünya İqtisadi Forumu (World Economic Forum - WEF) tərəfindən hər il tərtib edilir.
Azərbaycan MDB dövlətləri arasında reytinqdə ən yüksək yerə sahib olub.
Tərcümə: S.Xankişiyeva