Bakıda “İslam həmrəyliyi İli: Azərbaycandan çağırış” mövzusunda beynəlxalq konfrans keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda “İslam həmrəyliyi İli: Azərbaycandan çağırış” mövzusunda beynəlxalq konfrans keçirilib - FOTO

20:44 - 28 / 09 / 2017
Bakıda “İslam həmrəyliyi İli: Azərbaycandan çağırış” mövzusunda beynəlxalq konfrans keçirilib - FOTO

Sentyabrın 28-də Bakıda V Beynəlxalq Kitab-Sərgi yarmarkası çərçivəsində “İslam həmrəyliyi İli: Azərbaycandan çağırış” mövzusunda beynəlxalq konfrans keçirilib.

1news.az-ın məlumatına görə, Prezident İlham Əliyevin 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi ilə bağlı Sərəncamına əsasən, İslam dininin maddi və qeyri-maddi irsimizin formalaşmasında rolu, dünyada həmrəyliyin təmin olunmasında əhəmiyyəti, ölkəmizin birgəyaşayış siyasətinin daha dərindən mənimsənilməsi məqsədilə keçirilən konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov konfransın əhəmiyyətindən danışıb. Bildirib ki, Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi təsadüfi deyil, bu, İslam dünyası üçün bir nümunədir. İslam coğrafiyası dünyanın böyük bir ərazisini əhatə edir. Dünyanın karbohidrogen ehtiyatlarının böyük hissəsi məhz müsəlman ölkələrinin payına düşür, bu cür böyük potensialın olmasına baxmayaraq, İslam dünyası bu gün istər Qərblə, istərsə də dünyanın digər güc mərkəzləri ilə müqayisədə geridə qalıb.

Bu gün dünya üzrə ümumi daxili məhsulda müsəlman ölkələrinin payı cəmi iki faizdir. Bütün bunlardan sonra Prezident İlham Əliyevin “İslam Həmrəyliyi İli” çağırışı təkcə dinlə bağlı hesablanmış çağırış deyil. “İslam Həmrəyliyi” dedikdə dinlə, məzhəblərarası, dinlərarası münasibətlərlə yanaşı, bütün sferalarda - iqtisadi, sosial, mədəni sahədə müsəlman ölkələrinin əməkdaşlığı, birliyi, həmrəyliyi nəzərdə tutulur. Bu, hətta idmanda da özünü göstərib. Təsadüfi deyil ki, bu il IV İslam Həmrəyliyi Oyunları da məhz ölkəmizdə keçirildi. İslam həmrəyliyi həm də digər dinlərlə birgə əməkdaşlığı özündə ehtiva edir.

Qafqaz Müsəlmanlar İdarəsinin şöbə müdiri, Bakı Dövlət Universitetinin kafedra müdiri professor Anar İsgəndərov bildirib ki, İslam sözü digər müsəlman ölkələrindən daha çox bizə doğmadır. Ölkəmiz İslam mədəniyyətinə, elminə böyük töhfələr verib. Əsrlər boyu dünya mədəniyyətinə və elminə misilsiz töhfələr vermiş müsəlmanlar təəssüf ki, bu gün məzhəb ayrı-seçkiliyi, dini radikalizm, ekstremizm və terror kimi ciddi problemlərlə qarşılaşırlar. Azərbaycan xalqı bu gün də özünün zəngin tolerantlıq və multikulturalizm ənənələrini qoruyur, İslam həmrəyliyinə öz töhfələrini verir. “İslam Həmrəyliyi İli”nin məram və məqsədlərindən danışan Anar İsgəndərov bu çərçivədə görülən işlərin bütün dünya üçün sülhsevərlik örnəyi olduğunu diqqətə çatdırıb.

Sonra DQİDK-nin dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov təqdimat ilə çıxış edib.

Təqdimatda Azərbaycanın təklif etdiyi İslam həmrəyliyinin mahiyyəti və əhəmiyyəti, bu sahədə ölkəmizin təcrübəsi, eləcə də dünyada baş verən proseslər, İslam dünyasındakı mövcud problemlərin əsas səbəbləri, demoqrafik, iqtisadi və təhsil üzrə göstəricilər əksini tapıb.

Ölkəmizdə dini konfessiyalar arasında olan mövcud tolerant və birgəyaşayışın bütün dünya ölkələri üçün bir nümunə olduğu diqqətə çatdırılıb.

Konfrans müzakirələrlə davam etdirilib.

Babək Cahandarov

Paylaş:
767

Son xəbərlər

FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:04Qızılın bahalaşması davam edirBu gün, 10:48AZAL Təl-Əviv və əks istiqamətdə reysləri dayandırıbBu gün, 10:44Bakıda polisdən qaçmağa cəhd edən şübhəlilər saxlanılıb, yaralı varBu gün, 10:33QDF Şuşa şəhərinə konsert royalının hədiyyə edilməsi ilə bağlı “Qarabağ gecəsi” konsertini keçirib - FOTOBu gün, 10:21DİN: Ötən gün 32 cinayətin üstü açılıbBu gün, 10:14İtaliyanın müdafiə naziri Azərbaycana səfər edibBu gün, 10:11Yağış yağıb, 29 dərəcəyədək isti olub - Faktiki havaBu gün, 09:59AZAL COP29 tədbiri zamanı aviareysləri təxirə salacaq? - CAVABBu gün, 09:41Şamaxıda cibgirlikdə şübhəli bilinən şəxslər saxlanılıblarBu gün, 09:35Azərbaycan nefti cüzi ucuzlaşıbBu gün, 09:24Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqladıBu gün, 09:12Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesinin hazırkı vəziyyətindən danışıbBu gün, 09:11Bərdədə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 5 kiloqram marixuana aşkarlanıbBu gün, 09:10Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edibBu gün, 09:01Azərbaycanla Çin arasında dəmiryolunda əməkdaşlığın genişləndirilməsi müzakirə olunubBu gün, 09:00Bakının sıxlıq müşahidə olunan yolları açıqlandıBu gün, 08:58İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar23 / 09 / 2024, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHI23 / 09 / 2024, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLAR23 / 09 / 2024, 17:45
Bütün xəbərlər