Prezident Mərkəzçi Demokrat İnternasionalın vitse-prezidentini qəbul edib - YENİLƏNİB
Prezidenti İlham Əliyev sentyabrın 28-də Mərkəzçi Demokrat İnternasionalının vitse-prezidenti Mario Davidi və qurumun Avrasiya, Asiya-Sakit okean ölkələri üzrə baş koordinatoru Sezar Rossellonu qəbul edib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, görüşdə Mərkəzçi Demokrat İnternasionalı ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlıq əlaqələrinin vəziyyəti və inkişaf perspektivləri müzakirə edildi, Azərbaycanda son vaxtlar həyata keçirilən islahatlar, atılan addımlar, ölkəmizdə tolerantlıq və multikulturalizm sahəsində aparılan işlər ətrafında fikir mübadiləsi aparıldı.
Babək Cahandarov
816