AMB şənbə gününü banklar üçün iş günü elan edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

AMB şənbə gününü banklar üçün iş günü elan edib

12:06 - 29 / 09 / 2017
AMB şənbə gününü banklar üçün iş günü elan edib

Bu gün Azərbaycan Mərkəzi Bankından (AMB) kommersiya banklara məktub daxil olub.

1news.az-ın verdiyi xəbərə görə, AMB-nin İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyevin imzası ilə daxil olan məktubda deyilir:

“Milli Ödəniş Sisteminin İştirakçılarına.

Dövlət büdcəsinə daxilolmaların və xərclərin kütləviliyini, hesablaşmaların başa çatdırılmasının təmin edilməsi zəruriliyini nəzərə alaraq, ölkədaxili hesablaşma-kassa əməliyyatlarının aparılması məqsədilə 30.09.2017-ci il tarixi bank sistemi üçün rəsmi iş günü elan edilir. Eyni zamanda bildiririk ki, ödəniş sistemləri üzrə 30.09.2017-ci il tarixi yeni əməliyyat günü hesab edilir.

Xahiş edirik, nəzərə alasınız”.

AMB-də olan mənbə bir sıra KİV-də şənbə-bazar günləri manatın devalvasiyası ilə yayılmış xəbərləri təkzib edib.

Həmçinin ölkənin iri banklarında olan mənbələr də bununla bağlı şaiyələrin əsassız olduğunu bildiriblər.

S.Xankişiyeva

Paylaş:
741

Son xəbərlər

Bütün xəbərlər