XİN Kürdüstan regional vilayətində keçirilmiş referenduma münasibət bildirib | 1news.az | Xəbərlər
Siyasət

XİN Kürdüstan regional vilayətində keçirilmiş referenduma münasibət bildirib

12:30 - 29 / 09 / 2017
XİN Kürdüstan regional vilayətində keçirilmiş referenduma münasibət bildirib

Azərbaycan XİN İraq Respublikasının Kürdüstan regional vilayətində keçirilmiş referendum və bu xüsusda İraqda hadisələrin inkişafı ilə əlaqədar hadisələrə münasibət bildirib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib:

“Azərbaycan Respublikası İraqın ərazi bütövlüyü və suverenliyini tanıyır və tam şəkildə dəstəkləyir.

Azərbaycan İraqın mərkəzi hakimiyyəti və İraqın Kürdüstan regional vilayəti ilə məsələlərin sülh yolu ilə qarşılıqlı anlaşma və dialoq şəraitində İraqın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin tərəfdarıdır”.

S.Xankişiyeva

 

Paylaş:
996

Son xəbərlər

Bütün xəbərlər