Sabah bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq

12:43 - 29 / 09 / 2017
Sabah bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq

Sentyabrın 30-da Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

1news.az-a  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə  12-15° isti, gündüz  17-20° isti, Bakıda gecə  13-15°, gündüz  17-19° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət  gecə 80-90%, gündüz 55-65% olacaq.

Azərbaycanın əksər rayonlarında hava gündüz əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Şərq küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə  9-14°, gündüz  16-21° isti, dağlarda gecə 2-7°, gündüz 8-13° isti olacağı gözlənilir.

S.Xankişiyeva

 

Paylaş:
1068

Son xəbərlər

Bütün xəbərlər