Narkotik və psixotrop maddələrin ölkəmizə gətirilməsinin qarşısı alınıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Narkotik və psixotrop maddələrin ölkəmizə gətirilməsinin qarşısı alınıb – FOTO

16:31 - 02 / 10 / 2017
Narkotik və psixotrop maddələrin ölkəmizə gətirilməsinin qarşısı alınıb – FOTO

Dövlət Sərhəd Xidmətinin əməkdaşları narkotik  vasitələrin, psixotrop maddə­lərin qanunsuz dövriyyəsinə və digər növ qaçaqmalçılığa qarşı fəaliyyət­lərini uğurla davam etdirirlər.

1news.az xəbər verir ki, sərhədçilərimizin sayıqlığı sayəsində növbəti dəfə külli miqdarda narkotik və psixotrop maddələrin, eləcə də pirotexniki vasitələrin ölkəmizə gətirilməsinin qarşısı alınıb.

Belə ki, sentyabrın 22-də Azərbaycan Respublikası vətəndaşları Zeynalov Əbilhəsən Səhhəd oğlu və Orucov Burhan Adıgözəl oğlu  Biləsuvar-Salyan şosse yolu kənarında gizlədilmiş 2160 ədəd “Pregabolin 150” və 17000 ədəd  “T-Dol 200” marka­­lı psixotrop tərkibli dərman preparatlarını götürüb hadisə yerindən uzaqlaş­mağa cəhd göstərərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfin­dən saxlanılıb.

Sentyabrın 23-də Qazax rayonunun Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində Gürcüstandan Azərbaycana dövlət sərhədindən atla 2 ədəd 220 litirlik çəlləklərə yığılmış müxtəlif  formalı  pirotexniki vasitənin keçirilməsinin qarşısı alınıb.

Çəllək­lərə keçirilmiş baxış zamanı içərisində 192 ədəd böyük və 160 qutu kiçik ölçüdə müxtəlif çeşidli partlayıcı fişənglər aşkar olunaraq götürülüb. Sərhəd pozucuları hava şəraitinin qaranlıq, ərazinin sıx meşə olmasından istifadə edərək atları və qaçaqmalı hadisə yerində ataraq geri qaçıblar.

Sentyabrın 25-də Yardımlı rayonun Arus kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində İrandan Azərbaycana dövlət sərhədindən narkotik vasitə olan 7,6 kiloqram heroinin, 9,8 kiloq­­ram tiryəkin və 1,3 kiloqram psixotrop tərkibli “Metafitamin” dərman preparatlarının keçirilməsinin qarşısı alınıb, sərhəd pozucuları qaçaqmalı hadisə yerində ataraq geriyə qaçıblar.

Hər üç faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Babək Cahandarov

Paylaş:
607

Son xəbərlər

Bütün xəbərlər