Yunanıstanın yeni səfiri etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib | 1news.az | Xəbərlər
Siyasət

Yunanıstanın yeni səfiri etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib

19:12 - 02 / 10 / 2017
Yunanıstanın yeni səfiri etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib

Xarici işlər naziri Elmar Məmmədyarov Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfiri Nikolaos Kanellosu qəbul edib

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, görüş əsnasında səfir N.Kanellos etimadnaməsinin surətini nazir E.Məmmədyarova təqdim edib.

E.Məmmədyarov N.Kanellosu Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfir diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməcəyini bildirib.

Görüşdə Azərbaycan və Yunanıstan arasında enerji, nəqliyyat, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.

S.Xankişiyeva

Paylaş:
877

Son xəbərlər

Bütün xəbərlər