Sumqayıtda qətl hadisəsi törədən beş nəfər tutulub -  FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda qətl hadisəsi törədən beş nəfər tutulub -  FOTO

19:35 - 02 / 10 / 2017
Sumqayıtda qətl hadisəsi törədən beş nəfər tutulub -  FOTO

Respublikanın polis və prokurorluq orqanlarının əməkdaşları bu il sentyabrın 24-də Füzuli rayon sakini Amal Nadirlinin Sumqayıt şəhəri ərazisində naməlum şəxs və ya şəxslər tərəfindən döyülməsi, zərərçəkənin baş nahiyəsinin əziyi xəsarətləri ilə Bakı şəhəri Neyrocərrahiyyə xəstəxanasına daxil olması və aldığı xəsarətlərdən orada ölməsi faktı əsasında əməliyyat-axtarış, istintaq tədbirləri həyata keçirilib.

1news.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) rəhbərliyinin xüsusi nəzarəti altında keçirilən əməliyyat nəticəsində hadisənin Abşeron rayonu Saray qəsəbə sakinləri Çingiz Babayev, Fərid Bağırov, Kamran Qurbanov, Murad Eyvazov və Ağstafa rayon sakini Əkbər İsgəndərov tərəfindən törədildiyi müəyyən edilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dəstə üzvləri saxlanılaraq istintaqa təqdim edilib.

Araşdırma zamanı məlum olub ki, cinayətdə şübhəli bilinən şəxslər Saray qəsəbəsində “Topaz” mərc oyunları məntəqəsində işləyən A.Nadirlinin pulunu quldurluq yolu ilə ələ keçirmək məqsədilə qrup halında birləşiblər.

Hazırlanan plana əsasən, dəstə üzvü K.Qurbanov Ə.İsgəndərovun mobil telefonu vasitəsilə A.Nadirlinin obyektdən çıxaraq taksiyə minib getməsini dəstənin digər üzvlərinə xəbər verib. Dəstənin digər dörd üzvü Ç.Babayevin avtomobilində onu təqib etməyə başlayıblar. A.Nadirli Sumqayıt şəhərinə çatanda taksidən düşərək avtobusa minib. Bu zaman dəstə üzvlərindən F.Bağırov, M.Eyvazov və Ə.İsgəndərov növbə ilə həmin avtobusa minərək A.Nadirlini izləyiblər. Avtobusdan düşəndən sonra F.Bağırov və M.Eyvazov A.Nadirliyə hücum edərək onu döyüb 550 manat pulunu alaraq hadisə yerindən qaçıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

S.Xankişiyeva

 

Paylaş:
1265

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər