XİN: Azərbaycan İspaniyanın ərazi bütövlüyü və suverenliyinə hörmət edir | 1news.az | Xəbərlər
Siyasət

XİN: Azərbaycan İspaniyanın ərazi bütövlüyü və suverenliyinə hörmət edir

10:16 - 02 / 10 / 2017
XİN: Azərbaycan İspaniyanın ərazi bütövlüyü və suverenliyinə hörmət edir

Azərbaycan Respublikası İspaniya Krallığının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət edir.

1news.az xəbər verir ki, bu barədə XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Kataloniyada keçirilmiş qanunsuz referenduma münasibət bildirərkən deyib.

O qeyd edib: “Biz mövcud vəziyyətin İspaniyanın konstitusiyası və qanunları əsasında sülh yolu ilə həllinin tərəfdarıyıq”.

Xatırladaq ki,  oktyabrın 1-də İspaniyanın Kataloniya bölgəsində müstəqilliyə dair qanunsuz referendum keçirilib.

P.Sultanova

Paylaş:
646

Son xəbərlər

Bütün xəbərlər