Dövlət qulluğuna qəbul üzrə sınaq imtahanına qeydiyyat davam edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət qulluğuna qəbul üzrə sınaq imtahanına qeydiyyat davam edir

12:09 - 02 / 10 / 2017
Dövlət qulluğuna qəbul üzrə sınaq imtahanına qeydiyyat davam edir

Dövlət İmtahan Mərkəzi(DİM) tərəfindən dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə sınaq imtahanı keçiriləcəkdir.

1news.az-a DİM-dən verilən məlumata görə, “ Sınaq imtahanında iştirak etmək üçün online qeydiyyat” 5 oktyabr saat 18:00–dək davam edəcəkdir.

Sınaq imtahanı oktyabrın 5-də və 6-da Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universiteti) keçiriləcək və saat 10:00-da başlayacaq. DİM-də sınaq imtahanı üçün 2 zal ayrılmışdır. Namizədlər imtahanı həmin zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. 5 oktyabr tarixində keçiriləcək imtahan üçün nəzərdə tutulan yerlər artıq dolmuşdur. Nəzərinizə çatdırırıq ki, sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmək istəyənlərin sayına uyğun olaraq imtahan günlərinin də sayı artırıla bilər.

Sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 manatdır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.azsaytında verilmişdir) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında online qeydiyyatdan keçmək lazımdır.

1news.az

 

 

Paylaş:
753

Son xəbərlər

FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:04Qızılın bahalaşması davam edirBu gün, 10:48AZAL Təl-Əviv və əks istiqamətdə reysləri dayandırıbBu gün, 10:44Bakıda polisdən qaçmağa cəhd edən şübhəlilər saxlanılıb, yaralı varBu gün, 10:33QDF Şuşa şəhərinə konsert royalının hədiyyə edilməsi ilə bağlı “Qarabağ gecəsi” konsertini keçirib - FOTOBu gün, 10:21DİN: Ötən gün 32 cinayətin üstü açılıbBu gün, 10:14İtaliyanın müdafiə naziri Azərbaycana səfər edibBu gün, 10:11Yağış yağıb, 29 dərəcəyədək isti olub - Faktiki havaBu gün, 09:59AZAL COP29 tədbiri zamanı aviareysləri təxirə salacaq? - CAVABBu gün, 09:41Şamaxıda cibgirlikdə şübhəli bilinən şəxslər saxlanılıblarBu gün, 09:35Azərbaycan nefti cüzi ucuzlaşıbBu gün, 09:24Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqladıBu gün, 09:12Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesinin hazırkı vəziyyətindən danışıbBu gün, 09:11Bərdədə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 5 kiloqram marixuana aşkarlanıbBu gün, 09:10Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edibBu gün, 09:01Azərbaycanla Çin arasında dəmiryolunda əməkdaşlığın genişləndirilməsi müzakirə olunubBu gün, 09:00Bakının sıxlıq müşahidə olunan yolları açıqlandıBu gün, 08:58İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar23 / 09 / 2024, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHI23 / 09 / 2024, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLAR23 / 09 / 2024, 17:45
Bütün xəbərlər