Şamaxıda iki maşın toqquşub: ölənlər və yaralananlar var
Şamaxı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə dünən saat 9 radələrində Şamaxı rayonunun Sabir qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini Gülnar Hüseynovanın və Ağsu rayon sakini İlqar İbrahimovun idarə etdikləri “Mercedes” markalı iki avtomobil toqquşub.
Nəticədə G.Hüseynovanın sərnişinləri - əri Elman, qızı Nigar, habelə İ.İbrahimovun sərnişini - Ağsu rayon sakini Teymur Soltiyev hadisə yerində ölüblər, hər 2 sürücü və digər sərnişinləri xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Babək Cahandarov
664