ABŞ Laçından olan məcburi köçkün icması üçün yeni məktəb tikib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

ABŞ Laçından olan məcburi köçkün icması üçün yeni məktəb tikib - FOTO

13:52 - 03 / 10 / 2017
ABŞ Laçından olan məcburi köçkün icması üçün yeni məktəb tikib - FOTO

Amerika Birləşmiş Ştatları ABŞ Müdafiə Departamentinin Humanitar Yardım proqramı və Hərbi Mühəndislər Korpusu vasitəsilə Abşeronun Masazır qəsəbəsində yeni məktəb tikib.

1news.az-a ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, məktəb Laçın rayonunun Çıraqlı kəndindən olan məcburi köçkünlər üçün inşa edilib.

Bu gün səfir Robert Sekuta lenti kəsərək 350 şagirdi olan məktəbin rəsmi açılışını edib. Məktəb uşaqları təhsil almaq üçün daha geniş, daha işıqlı və daha yaxşı havalandırılan sinif otaqları, müasir avadanlıq və daha sağlam şəraitlə təmin edir. Mərasimə, həmçinin xanım Sekuta, Qaçqın və Məcburi Köçkünlərin işi üzrə dövlət komitəsinin sədr müavini Gəray Fərhadov, Laçın İcra Hakimiyyətinin rəhbəri Aqil Nəzərli, Abşeron İcra Hakimiyyətinin rəhbəri İradə Gülməmmədova və digərləri qatılıblar.

 Bu layihə ABŞ Müdafiə Departamentinin Humanitar Yardım proqramı vasitəsilə həyata keçirdiyi 16-cı məktəb layihəsidir. On yeddinci məktəbin gələn il Bərdənin Güloğlular kəndində tikilməsi planlaşdırılır. Laçın rayon məktəbi və digər məktəb layihələri ABŞ səfirliyinin Müdafiə Əməkdaşlığı İdarəsi vasitəsilə ABŞ-ın Avropa Komandanlığı və Hərbi Mühəndislər Korpusu ilə birgə həyata keçirilib. 2003-cü ildən etibarən ABŞ Müdafiə Departamenti Azərbaycanda məcburi köçkünlərə yardım məqsədilə məktəb tikintisi və su ilə təminat layihələri də daxil olmaqla 22 humanitar yardım layihəsi üçün $5 milyon ayırıb.

P.Sultanova

 

 

Paylaş:
864

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər