Ukraynanın XİN rəhbəri Qarabağ münaqişəsi barədə: "Bu, işğaldır" | 1news.az | Xəbərlər
Siyasət

Ukraynanın XİN rəhbəri Qarabağ münaqişəsi barədə: "Bu, işğaldır"

14:32 - 03 / 10 / 2017
Ukraynanın XİN rəhbəri Qarabağ münaqişəsi barədə: "Bu, işğaldır"

"Biz azərbaycanlı dostlarımızı hamıdan yaxşı başa düşürük. Çünki bu, işğaldır".

1news.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Pavlo Klimkin Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra mətbuat konfransında deyib.

Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir bildirib ki, Ukrayna Azərbaycanın ərazi bütövlüyünə dəstək verməyə sadiq qalacaq.

1news.az

Paylaş:
599

Son xəbərlər

Bütün xəbərlər