Azərbaycanın hərbi gəmiləri İrana səfərə gedib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın hərbi gəmiləri İrana səfərə gedib - FOTO

16:25 - 03 / 10 / 2017
Azərbaycanın hərbi gəmiləri İrana səfərə gedib - FOTO

Azərbaycan və İran hökumətləri arasında hərbi sahədə əməkdaşlıq haqqında Sazişə əsasən oktyabrın 3-də Azərbaycan Hərbi Dəniz Qüvvələrinin G-122 və G-124 gözətçi gəmiləri İran İslam Respublikasına dostluq səfərinə gedib.

1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, oktyabrın 7-dək davam edəcək səfər çərçivəsində hərbi dənizçilərimizin İranın Xəzər dənizindəki hərbi dəniz komandanlığı ilə görüşü, Ənzəli şəhərindəki dəniz bazasına ziyarəti və bir sıra digər tədbirlərdə iştirakı nəzərdə tutulub.

S.Xankişiyeva

 

Paylaş:
793

Son xəbərlər

Bütün xəbərlər