Prezident Azərbaycan Voleybol Federasiyasına 2 milyon manat ayırdı | 1news.az | Xəbərlər
Rəsmi

Prezident Azərbaycan Voleybol Federasiyasına 2 milyon manat ayırdı

18:14 - 03 / 10 / 2017
Prezident Azərbaycan Voleybol Federasiyasına 2 milyon manat ayırdı

Prezident İlham Əliyev Avropa çempionatında Azərbaycanın qadın voleybolçularının uğurlu iştirakı haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncama əsasən, Voleybol üzrə qadınlar arasında 2017-ci il Avropa çempionatında Azərbaycan milli komandasının uğurlu iştirakını, ölkəni layiqincə təmsil etdiyini nəzərə alaraq, Azərbaycan voleybolunun inkişafında xidmətlərinə görə Azərbaycan Voleybol Federasiyasına Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2.0 (iki) milyon manat ayrılıb.

Babək Cahandarov

Paylaş:
659

Son xəbərlər

Bütün xəbərlər