Mixael Kindsqrab: Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələri dəstəkləyirik
2017-ci il Almaniya Azərbaycan əlaqələrində bir sıra uğurlu hadisələrlə yadda qalıb. Bu il Azərbaycanda ilk alman mühacirlərinin məskunlaşmasının 200 ili, həmçinin, diplomatik əlaqələrimizin qurulmasının 25 ili tamam olub.
1news.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab deyib. O bildirib ki, biz geri baxmırıq, gələcəyi gözləyirik:
“Qarşıda bizi maraqlı layihələr gözləyir. Bundestaq Bakıda Hote mərkəzinin açılması üçün vəsait ayırıb. Azərbaycan iqtisadiyyatına qoyulan sərmayələr artıb. Gələcəkdə əlaqələrimiz daha da inkişaf edəcək”.
Diplomat vurğulayıb ki, Azərbaycan Almaniyanı neft və qazla təmin edir:
“Azərbaycan bu sahədə vacib 5 tərəfdaşımız arasındadır. Almaniya Azərbaycan iqtsadiyyatının şaxələndirilməsini də dəstəkləyir. Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələri dəstəkləyirik. Ümud edirik ki, yaxın zamanda yeni saziş imzalanacaq”.
Pərvanə Sultanova