Bakıda Alman Birliyi Günü qeyd edilib
Alman Birliyi Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib.
1news.az xəbər verir ki, tədbirdə rəsmi şəxslər, diplomatik korpus təmsilçiləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qəbulda çıxış edən səfir Mixael Kindsqrab bildirib ki, Alman Birliyi Günü Almaniya Federativ Respublikasınn milli bayramıdır. Bu bayram 3 oktyabr 1990-cı ildə şərqi və qərbi Almaniyanın rəsmi olaraq yenidən birləşməsinin rəmzidir. Almaniyanın birləşməsi İkinci Dünya Müharibəsindən sonra dörd onlillik davam edən soyuq müharibə dövrünün nəticəsi olan Almaniyanın bölünməsinə son qoyub.
Almaniya ilə Azərbaycan arasında münasibətlərdən danışan səfirin spzlərinə görə, 25 il əvvəl iki ölkə diplomatik əlaqələrini qurub bu illər ərzində iki ölkə arasında çox yaxşı dialoq qurulub.
Almanların Azərbaycana marağının artdığını deyən M.Kindsqrab bu il Almaniyadan gələn turistlərin sayının 25 faiz artdığını diqqətə çatdırıb.
Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Almaniya xalqını və dövlətini Azərbaycan xalqı və dövləti adından təbrik edib. Nazir müavini vurğulayıb ki, bu gün iki ölkə arasında siyasi dialoq mövcuddur. Bununla yanaşı Azərbaycan beynəlxalq və regional təşkilatlar çərçivəsində Almaniya ilə əməkdaşlıqda maraqlıdır:
“Azərbaycan - Alnaniya iqtisadi əməkdaşlığının geniş potensialı var. Biz çalışmalıyıq ki, iki ölkənin iqtisadiyyat üzrə işçi qrupunun imkankarından geniş istifadə edək. Noyabrda keçiriləcək iclasın faydalı olacağına ümid edirəm. Gələcəkdə Alnaniya ilə əlaqələrimizin daha da genişlənəcəyinə inanırıq”.
Pərvanə Sultanova