Hindistan səfirliyi Bakıda ağacəkmə aksiyası keçirib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Hindistan səfirliyi Bakıda ağacəkmə aksiyası keçirib – FOTO

11:40 - 03 / 10 / 2017
Hindistan səfirliyi Bakıda ağacəkmə aksiyası keçirib – FOTO

Beynəlxalq Qeyri-Zorakılıq günü Bakıda Mahatma Qandinin doğum günündə Mərdəkan Dendra Parkında agacəkmə və təmizlik aksiyası il qeyd edilib.

1news.az-a Hindistanın Bakıdakı səfirliyindən verilən məlumata görə, BMT-nin qərarı ilə Beynəlxalq Qeyri-Zorakılıq Günü dünyada Mahatma Qandinin sülh və qeyri-zorakılıq ismarıcının yayılması üçün 2 oktyabr tarixində keçirilir.

Mahatma Qandinin anadan olmasının ildönümü Hindistanda 15 sentyabr-2 oktyabr tarixlərində keçirilən ”Təmizlik xidmətdir” kimi tərcümə olunan “Swachhta Hi Seva (SHS)” kampaniyası vasitəsilə qeyd olunur. Bu münasibətlə Hindistanın Bakıdakı səfirliyi Hindistanın Azərbaycandakı Assosisasiyası və Azərbaycan Dillər Universitetinin tələbələri ilə birlikdə Mərdakanda yerləşən Dendra Parkda iməcilik və ağacəkmə aksiyası təşkil edib.

Hindistanda, Baş nazir Narendra Modi natəmizliyə qarşı mübarizə və açıq defekasiya kimi vərdişlərin aradan qaldırması üçün kəndlərdəki bütün evlərdə tualetlərin tikilməsi kompaniyasını başladıb. Hindistan Prezidenti Ram Nath Kovind 2017-ci ilin sentyabrın 15-də xalqın təmiz və sağlam Hindistan yaratmağa qərar verdiyi ümummili sanitariya kampaniyası başladıb. Təmiz Hindistan Missiyası və SHS kompaniyası insanlar, xüsusilə də gənclər arasında böyük marağa səbəb olub.

Bu münasibətlə çıxış edən Dendaloji İnstitutun Direktoru Tofiq Məmmədov gənclərin iştirakı ilə baş tutan ağacəkmə təşəbbüsünü alqışlayıb. O, Azərbaycanda meşə salınma və təbiətin bio-zənginliyinin qorunması üçün atılmış addımlar haqqında məlumat verib.

Ağacəkmə kampaniyasına başçılıq edən Hindistanın Azərbaycandakı Assosisasiyasının sədri Dr. Racani De’Mello Mahatma Qandinin məşhur “Təmizlik Allahdandır” sözlərini xatırladıb. O deyib ki, Qandinin təbiət və təmizlik haqqındakı ideyaları bütün zaman və məkanlar üçün keçərlidir. Həmçinin, Dendraloji İnstitut, Azərbaycanlı tələbələr və Hindistanın Azərbaycandakı Assosisasiyasının üzvlərinə ağacəkmə və SHS kampaniyasında çoxluqla iştirak etdikləri üçün təşəkkür edib.

P.Sultanova

Paylaş:
1369

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər