TürkPA-nın 7-ci plenar iclasına hazırlıqlar başlayıb | 1news.az | Xəbərlər
Siyasət

TürkPA-nın 7-ci plenar iclasına hazırlıqlar başlayıb

12:04 - 03 / 10 / 2017
TürkPA-nın 7-ci plenar iclasına hazırlıqlar başlayıb

TürkPA üzv parlamentləri cari ilin dekabr ayının 8-də Assambleyanın Bişkekdə keçirilməsi planlaşdırılan 7-ci plenar iclasına hazırlıqlara start verdi.

1news.az-a qurumdan verilən məlumata görə, Qırğızıstan Respublikası Parlamenti Məclisinin (Aşağı Palata) sədri, TürkPA-nın fəaliyyətdə olan sədri Nurlan Niqmatulinin təşəbbüsü ilə TürkPA-nın Baş katibi Jandos Asanov Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahraman və Qırğızıstan parlamentinin sədri Çınıbay Tursunbekov ilə danışıqlar aparıb.

Danışıqlar zamanı TürkPA-nın yüksək səviyyəli toplantısının gündəliyi və proqramı ilə bağlı olan məsələlər müzakirə edilib.

P.Sultanova 

Paylaş:
659

Son xəbərlər

Bütün xəbərlər