Bakıda qadın adam öldürdü
Bakıda qadın sürücü piyadanı vuraraq öldürüb.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə dünən saat 22 radələrində paytaxtın Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsinin ərazisində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini Samirə Həmzəyeva idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini Nemət Abdullayevi vurub və nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Suraxanı RPİ tərəfindən araşdırma aparılır.
Babək Cahandarov
769