Paytaxtın məktəb direktorları ilə görüş keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxtın məktəb direktorları ilə görüş keçirilib – FOTO

15:23 - 04 / 10 / 2017
Paytaxtın məktəb direktorları ilə görüş keçirilib – FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin direktorları ilə görüş keçirilib.

İdarədən 1news.az-a verilən məlumata görə, BŞTİ-nin təşkilatçılığı ilə keçirilən görüşdə yeni dərs ilində tədrisin təşkili, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərin fəaliyyətində səmərəliliyin artırılması, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması və təhsil müəssisələrinin idarəetməsi məsələlərindən bəhs olunub. 

Tədbirdə BŞTİ-nin rəhbərliyi, struktur bölmə müdirləri, təhsil müəssisələrinin direktorları və direktor müavinləri iştirak ediblər.

20 nömrəli məktəb-liseydə təşkil edilən görüşdə çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva tədbir iştirakçılarını salamlayaraq, təhsil sahəsində aparılan islahatlardan, BŞTİ-nin qarşısında duran vəzifələrin icrası istiqamətində görülən işlərdən danışıb.

M.Vəliyeva bildirib ki, “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində BŞTİ tərəfindən təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə çoxşaxəli tədbirlərin həyata keçirilməsinə başlanılıb. 2017-2018-ci tədris ilində nəzərdə tutulan istiqamət və hədəflərə çatmaq üçün qarşıda duran vəzifələrə toxunan M.Vəliyeva paytaxt təhsilində əldə olunan uğurlardan və nəzərdə tutulan həlli vacib məsələlərdən danışıb.

Təhsilin bütün meyarlar üzrə müasir tələblər səviyyəsinə qaldırılmasının və təhsili idarəetmə sisteminin təkmilləşdirilməsinin əsas hədəflərdən biri olduğunu xatırladan BŞTİ müdiri məktəb direktorlarının üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacib olduğunu vurğulayıb.

Görüşdə məktəblərin idarəetməsi, məktəbəhazırlıq qruplarının fəaliyyəti, təmayülləşmə, fənn olimpiadaları, Təlimə Dəstək Mərkəzinin fəaliyyəti, məktəblərdə psixoloji xidmət, müəllim-şagird və müəllim-valideyn münasibətlərinin tənzimlənməsi kimi məsələlər müzakirə olunub, məktəb direktorlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.

Tədbir iştirakçılarını və paytaxtın təhsil ictimaiyyətini 5 oktyabr–Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edən M.Vəliyeva 2017-2018-ci tədris ilinin daha uğurlu olacağına əminliyini ifadə edib.

Tədbirdə çıxış edən BŞTİ-nin müdir müavini Rəşad Tağıyev kadrlarla iş, işə qəbul üzrə müsabiqələrin təşkili və digər müvafiq məsələlər haqqında fikirlərini bildirib.

Daha sonra ötən tədris ilində qazanılan nailiyyətlərə, təlim-tərbiyə prosesinin təşkili və idarə edilməsində səmərəli fəaliyyətinə görə bir sıra təhsil müəssisələrinin direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinləri BŞTİ-nin Fəxri Fərmanı ilə təltif olunublar.

Sonda BŞTİ Həmkarlar İttifaqı Komitəsi tərəfindən 5 oktyabr–Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir iştirakçılarına hədiyyələr təqdim edilib.   

Babək Cahandarov

Paylaş:
854

Son xəbərlər

Müdafiə Nazirliyinin rəhbərliyi açılışı olan “ADEX” Beynəlxalq Müdafiə Sərgisinində iştirak edib - FOTOBu gün, 13:07Sabah hava necə olacaq? - PROQNOZBu gün, 13:05Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilibBu gün, 12:44Ötən ay 191 176 nəfərə pensiya və müavinət ödənilibBu gün, 12:37Ağdamda istehsalat müəssisələrinin Azərbaycan iqtisadiyyatına təsirləri – “Bu,yeni ixrac imkanları deməkdir” - ŞƏRHBu gün, 12:31Azərbaycanın turizm imkanları Çində silsilə tədbirlərlə tanıdılıbBu gün, 12:09Beynəlxalq axtarışda olan altı nəfər Azərbaycana ekstradisiya edilibBu gün, 12:04Bu gün Əminə Yusifqızının doğum günüdürBu gün, 11:54FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:04Qızılın bahalaşması davam edirBu gün, 10:48AZAL Təl-Əviv və əks istiqamətdə reysləri dayandırıbBu gün, 10:44Bakıda polisdən qaçmağa cəhd edən şübhəlilər saxlanılıb, yaralı varBu gün, 10:33QDF Şuşa şəhərinə konsert royalının hədiyyə edilməsi ilə bağlı “Qarabağ gecəsi” konsertini keçirib - FOTOBu gün, 10:21DİN: Ötən gün 32 cinayətin üstü açılıbBu gün, 10:14İtaliyanın müdafiə naziri Azərbaycana səfər edibBu gün, 10:11Yağış yağıb, 29 dərəcəyədək isti olub - Faktiki havaBu gün, 09:59AZAL COP29 tədbiri zamanı aviareysləri təxirə salacaq? - CAVABBu gün, 09:41Şamaxıda cibgirlikdə şübhəli bilinən şəxslər saxlanılıblarBu gün, 09:35Azərbaycan nefti cüzi ucuzlaşıbBu gün, 09:24Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqladıBu gün, 09:12
Bütün xəbərlər