Mübariz Əhmədoğlu: Böyük ehtimalla Sərkisyan yaxın vaxtlarda hərbi təxribata əl atacaq | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Böyük ehtimalla Sərkisyan yaxın vaxtlarda hərbi təxribata əl atacaq

11:18 - 04 / 10 / 2017
Mübariz Əhmədoğlu: Böyük ehtimalla Sərkisyan yaxın vaxtlarda hərbi təxribata əl atacaq

Qondarma Dağlıq Qarabağın “eks-prezidenti”, Ermənistanın xüsusi səlahiyyətli səfiri A.Qukasyanın adı həm Dağlıq Qarabağda, həm də Ermənistanda prezident postuna namizədlikdə hallanır.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Ermənistandakı vəziyyətlə bağlı açıqlmanı şərh edərkən bildirib:

“A.Qukasyan bütün vacib tədbirlərdə S.Sərkisyanı müşayiət edir. Təbii ki, bu onun yox, S.Sərkisyanın iradəsi ilə baş tutur. A.Qukasyan zərurət yarandıqda 2020-ci ildə separatçı rejim Dağlıq Qarabağda “prezidentliyə” namizədliyini irəli sürəcəyini istisna etmədi. Lakin Ermənistanın müstəqilliyi qeyd edilərkən prezident S.Sərkisyanın çıxışı zamanı xitab etdiyi şəxslərin sırasına A.Qukasyanın da adını əlavə etdi. Əgər bu qondarma Dağlıq Qarabağdakı “eks-prezidentlik” postu ilə əlaqəli olsaydı, həm separatçı Dağlıq Qarabağ rejiminin, həm də Ermənistanın eks-prezidenti R.Köçəryan ən gənc təqaüdçü statusunda sağ-salamatdır”.

Politoloqun fikrincə, S.Sərkisyanın A.Qukasyanın adını hörmətə mindirməsinin əsas səbəbi 2018-ci ildə A.Qukasyanı Ermənistan prezidenti postunda görmək niyyətidir.

“Beləliklə A.Qukasyan Qarabağ klanının üzvü olaraq Ermənistanın prezidenti olur. A.Qukasyan uzun müddət Dağlıq Qarabağ tənzimlənməsi danışıqlarında iştirak edib. Beləliklə S.Sərkisyan R.Köçəryanın Dağlıq Qarabağı danışıqlar prosesindən uzaqlaşdırmasının əvəzini çıxmaq məqsədi ilə A.Qukasyan danışıqlar prosesinə qatılır. Buradan daha vacib nəticə çıxır:

S.Sərkisyan prezidentliyinin qalan 8 ay ərzində heç bir sazişə razılıq verməyəcəkdir. Siyasi diplomatik proseslərin gedişi isə S.Sərkisyanı daha da sıxır. Ona görə yaranmış vəziyyətə S.Sərkisyanın yaxın vaxtlarda hərbi provokasiyaya əl atacağı çox ehtimallıdır”.

S.Xankişiyeva

 

 

Paylaş:
911

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər