Rusiya İstintaq Komitəsi erməni yalanlarını ifşa edən tarixçi-alimə qarşı cinayət işi açmaqdan imtina edib | 1news.az | Xəbərlər
Siyasət

Rusiya İstintaq Komitəsi erməni yalanlarını ifşa edən tarixçi-alimə qarşı cinayət işi açmaqdan imtina edib

15:27 - 05 / 10 / 2017
Rusiya İstintaq Komitəsi erməni yalanlarını ifşa edən tarixçi-alimə qarşı cinayət işi açmaqdan imtina edib

Rusiya İstintaq Komitəsi erməni tarixi ilə bağlı saxtakarlıqları üzə çıxaran tarixçi-alim, elmi araşdırmaların müəllifi Oleq Kuznetsova qarşı cinayət işi açmaqdan imtina edib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, Rusiya İstintaq Komitəsinin Moskva şəhəri Qərb inzibati dairəsi üzrə Baş İstintaq İdarəsinin xüsusi işlər üzrə müstəntiqi Andrey Berlyov oktyabrın 4-də milliyyətçə erməni olan vəkil Ruben Kirakosyanın O. Kuznetsovun "XX yüzillikdə transmilli erməni terrorunun tarixi" adlı monoqrafiyasında milli zəmində nifrətə təhrikin olmaması və bunun cinayət tərkibinin mövcudluğu barədə qaldırdığı iddia haqqında qərar çıxarıb.

Qərara əsasən, O. Kuznetsovun "XX yüzillikdə transmilli erməni terrorunun tarixi" adlı monoqrafiyasında ermənilərin iddia etdiyi milli zəmində nifrətə təhrik əlamətləri aşkarlanmayıb. Nəticədə İstintaq komitəsi məlum monoqrafiyada cinayət tərkibinin olmamasını əsas gətirərək cinayət işi açmaqdan imtina edib.

Məsələ ilə bağlı APA-ya açıqlama verən O. Kuznetsov bildirib ki, "XX yüzillikdə transmilli erməni terrorunun tarixi" monoqrafiyası ilə bağlı ermənilərin iddiası əsasında iki ay müddətində yoxlama aparılıb: "Kompleks təhqiqat aparılıb, çoxlu sayda insanlar dindirilib. Monoqrafiyanın mətni artıq üçüncü dəfə ekspertizadan keçirilib. Ekspertizanın nəticəsinə görə, monoqrafiyada milli zəmində nifrətə təhrik çağırışları qeydə alınmayıb. Toplanan materialların əsasında cinayət işinin açılmasından imtina edilməsi haqqında qərar çıxarılıb".

Rusiyalı tarixçi İstintaq Komitəsinin məlum qərarına çox sevindiyini bildirib: "Rusiya femidası ədalətini göstərdi, Rusiyada qanunlar alidir. İstintaq Komitəsinin son qərarı da bunu bir daha sübut etdi. Bizim ölkədə hüquq-mühafizə orqanları müəyyən etnik qrupların arzu və istəklərini deyil, qanunları icra edir". 

Qeyd edək ki, Moskvada vəkillik fəaliyyəti ilə məşğul olan Ruben Stepanoviç Kirakosyan bir qrup erməni ilə bilikdə bu ilin iyulun 10-da Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin qəbulunda olub. Həmin şəxslər İstintaq Komitəsinin sədrinə tarixçi alim O. Kuznetsovun "XX yüzillikdə transmilli erməni terrorunun tarixi" adlı monoqrafiyasında milli zəmində nifrətə təhrikin olması və bunun cinayət tərkibinin mövcudluğu ilə bağlı şikayət ediblər. Ermənilər A. Bastrıkinin qəbulunda olan zaman şikayət ərizəsi yazmayıblar. Bu, şifahi müraciət olub. A. Bastrıkin ermənilərin şikayətini İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin rəisinə yönəldib, şikayətə baxılması üçün tapşırıq verib.

Bu ilin avqust ayında O. Kuznetsov ermənilərin məlum şikayəti əsasında Rusiya İstintaq Komitəsində dindirilib.

Xatırladaq ki, “XX yüzillikdə transmilli ermәni terrorunun tarixi” kitabı SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin xidməti materialları, erməni terrorçularının Azərbaycan və Rusiya ərazisində törətdikləri cinayətlərə dair cinayət işləri əsasında yazılıb.

S.Xankişiyeva

Paylaş:
641

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər