Ermənistan mətbuatı Çexiya Parlamenti Senatı sədrinin Azərbaycanla bağlı sözlərini təhrif edib | 1news.az | Xəbərlər
Siyasət

Ermənistan mətbuatı Çexiya Parlamenti Senatı sədrinin Azərbaycanla bağlı sözlərini təhrif edib

16:38 - 05 / 10 / 2017
Ermənistan mətbuatı Çexiya Parlamenti Senatı sədrinin Azərbaycanla bağlı sözlərini təhrif edib

Ermənistan mətbuatı bu ölkədə səfərdə olan Çexiya Parlamenti Senatının sədri Milan Steçin keçirdiyi mətbuat konfransında Çexiyadan Azərbaycana silah satışı ilə əlaqədar məsələyə münasibət bildirərkən guya Çexiyanın təhlükəli ölkələrə silah satmadığını söylədiyi barədə məlumat yayıb.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, Ermənistan mətbuatının yazdığına görə, guya da M. Steç Azərbaycanı nəzərdə tutaraq "Çexiya belə təhlükəli ölkələrə qarşı olan embarqonu dəstəkləyir" ifadəsini işlədib.

Lakin diplomatik kanallar vasitəsilə Çexiya Parlamenti ilə dəqiqləşdirməsi nəticəsində M. Steçin fikrilərinin təhrif olunduğu məlum olub.

Çexiya Parlamentindən bildirilib ki, M. Steç bu mövzuda təxribatçı sualların qarşısını almaq üçün mətbuat konfransının əvvəlində bildirib ki, Çexiya embarqo rejiminə hörmət edərək Azərbaycana silah ixrac etməyib və böhran (münaqişə) regionlarına silah ixrac etmir.

Çexiya Parlamentindən təqdim olunan, Milan Steçin çex dilində səsləndirilən açıqlamasının mətnində onun tərəfindən Azərbaycanın ünvanına təhlükəli ölkə ifadəsinin işlədilmədiyi aydın olur.

Qeyd edək ki, M. Steçin mətbuat konfransının işıqlandıran Rusiya mətbuatında da onun adından Azərbaycanın haqqında təhlükəli ölkə ifadəsi əksini tapmayıb.

Xatırladaq ki, sentyabrın 18-dən Azərbaycanda keçirilən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə “TurAz Qartalı - 2017” birgə taktiki-uçuş təlimləri ilə bağlı yayılan videoda Çexiya istehsalı “Dana” özüyeriyən artilleriya qurğuları və RM-70 yaylım atəşi reaktiv sistemlərinin göründüyü iddia edilir.

S.Xankişiyeva

 

Paylaş:
472

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər