Sentyabr ayında BTC kəməri ilə nəql olunan neftin həcmi açıqlanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Sentyabr ayında BTC kəməri ilə nəql olunan neftin həcmi açıqlanıb

17:42 - 05 / 10 / 2017
Sentyabr ayında BTC kəməri ilə nəql olunan neftin həcmi açıqlanıb

2017-ci ilin sentyabr ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 264 min 511 ton Azərbaycan nefti nəql olunub.

1news.az xəbər verir ki, bu barədə SOCAR-dan məlumat veriblər. Məlumata görə, cari ilin yanvar- sentyabr aylarında bu kəmərlə 20 milyon 326 min 791 ton neft ötürülüb.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il oktyabr ayının 1-ə qədər BTC-yə 341 milyon 864 min 853 ton neft vurulub. 

Bundan başqa, 2017-ci ilin sentyabr ayında BTC kəməri ilə 491 min 931 ton Türkmənistan nefti nəql olunub.

Babək Cahandarov

Paylaş:
477

Son xəbərlər

Bütün xəbərlər