Sürüşmə nəticəsində Lənkəran-Lerik yolu tamamilə bağlanıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sürüşmə nəticəsində Lənkəran-Lerik yolu tamamilə bağlanıb – FOTO

09:12 - 05 / 10 / 2017
Sürüşmə nəticəsində Lənkəran-Lerik yolu tamamilə bağlanıb – FOTO

Sürüşmə nəticəsində Lənkəran-Lerik yolu tamamilə bağlanıb.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, torpaq qatının tökülməsi yolun tamamilə bağlanmasına səbəb olub.

Hadisə Lənkəran-Lerik yolunun 27-ci kilometrliyində qeydə alınıb. Hazırda yolun 17 km-dən 52-ci kilometrinədək ciddi problem yaranıb. Yollar tamamilə bağlanıb.

Rayon Fövqəladə Hallar komissiyasının sədri Habil Məlikovun verdiyi məlumata görə, yolda nəqliyyatın hərəkətini təmin etmək məqsədi ilə  Yol İstismar İdarəsinin ağır texnika və işçi heyəti cəlb edilib. Hazırda yola dağılan iri ağaclar hissələrə bölünərək yığışdırılır, torpaq qatı təmizlənir.

S.Xankişiyeva

 

Paylaş:
608

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər