Amerikalı həmsədr Dağlıq Qarabağa səfər edib | 1news.az | Xəbərlər
Siyasət

Amerikalı həmsədr Dağlıq Qarabağa səfər edib

10:21 - 05 / 10 / 2017
Amerikalı həmsədr Dağlıq Qarabağa səfər edib

ATƏT-in Minsk qrupunun amerikalı yeni həmsədri Endryu Şofer Dağlıq Qarabağa tanışlıq səfəri edib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, E.Şofer separatçı rejimin başçısı Bako Saakyanla görüşüb. Görüşdə münaqişənin həlli, təmas xəttində vəziyyət və digər məsələlər müzakirə edilib.

Tərəflər münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində həllinin vacibliyini vurğulayıb. E.Şofer görüşdən sonra bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə tanışdır: "Bu, həqiqətən mürəkkəb problemdir. Münaqişənin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birgə müntəzəm olaraq regiona səfərlərimizi davam etdiririk”.

Qeyd edək ki, həmsədrlər oktyabrın 6-da İrəvanda, 7-də Bakıda olacaqlar.

S.Xankişiyeva

 

Paylaş:
731

Son xəbərlər

Bütün xəbərlər