Mikayıl Cabbarov: Məqsəd çevik düşünmə qabiliyyətinə malik insan yetişdirməkdir | 1news.az | Xəbərlər
Cəmiyyət

Mikayıl Cabbarov: Məqsəd çevik düşünmə qabiliyyətinə malik insan yetişdirməkdir

13:44 - 06 / 10 / 2017
Mikayıl Cabbarov: Məqsəd çevik düşünmə qabiliyyətinə malik insan yetişdirməkdir

2017-2018-ci tədris ilinin "Təhsildə keyfiyyət ili” elan edilməsində məqsəd təhsil sahəsində keyfiyyət dəyişikliklərinə nail olmaq, cəmiyyət üçün layiqli vətəndaş, XXI əsrin tələblərinə cavab verən və çevik düşünmə qabiliyyətinə malik insan yetişdirməkdir.

Bunu Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə Bakıda keçirilən 11-ci Azərbaycan Beynəlxalq Təhsil (“Education 2017”) sərgisinin açılışında çıxış edən təhsil naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, “İnsan kapitalı sərvətimizdir” devizi altında təşkil edilən bu sərgidə son illərdə nazirlik tərəfindən həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları təqdim olunur.

Nazir sərginin ziyarətçilərə təhsil sistemində baş verən dəyişikliklərə daha geniş nəzər yetirmək, startapçıların innovativ layihələri ilə tanış olmaq, əcnəbi universitetlərlə birgə əməkdaşlığın ümumi spektrini izləmək imkanı yaratdığını qeyd edib.

Qeyd edək ki, 6-8 oktyabr tarixlərində keçirilən sərgidə dünyanın 24 ölkəsindən 144 nümayəndə iştirak edir.

S.Xankişiyeva

 

Paylaş:
929

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər