Zakir Həsənov Belarusa səfər edəcək | 1news.az | Xəbərlər
Siyasət

Zakir Həsənov Belarusa səfər edəcək

19:12 - 06 / 10 / 2017
Zakir Həsənov Belarusa səfər edəcək

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusun müdafiə naziri general-leytenant Andrey Ravkovun dəvəti ilə oktyabrın 8-də Minsk şəhərinə yola düşəcək.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, rəsmi səfər çərçivəsində Belarusun hərbi-siyasi rəhbərliyi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlərin keçirilməsi, hərbi sənaye kompleksinə daxil olan müəssisələrin ziyarət olunması nəzərdə tutulub.

Görüşlərdə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və genişləndirilməsi, təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə ediləcək.

1news.az

 

 

Paylaş:
579

Son xəbərlər

Bütün xəbərlər