AŞPA-nın payız sessiyasında Azərbaycan üzrə iki məsələ müzakirə ediləcək | 1news.az | Xəbərlər
Siyasət

AŞPA-nın payız sessiyasında Azərbaycan üzrə iki məsələ müzakirə ediləcək

14:58 - 07 / 10 / 2017
AŞPA-nın payız sessiyasında Azərbaycan üzrə iki məsələ müzakirə ediləcək

Azərbaycan Parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvləri Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə qurumun payız sessiyasında iştirak etmək üçün oktyabrın 8-dən Fransanın Strasburq şəhərində səfərdə olacaqlar.

Milli Məclisdən 1news.az-a verilən məlumata görə, nümayəndə heyətinə Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlar Vüsal Hüseynov, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Sabir Hacıyev, Rövşən Rzayev və Sahibə Qafarova daxildirlər.

Sessiya 5 gün davam edəcək. Öncə təşkilati məsələlərə baxılacaq. Milli Məclisin deputatı, AŞ PA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri S.Qafarova qurumun Büro iclaslarına qatılacaq.

AŞ PA-nın plenar iclaslarında Büro və Daimi komitənin inkişafına dair məruzə təqdim olunacaq. Albaniyada parlament seçkilərinin nəticəsi müzakirə ediləcək. “İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 2016-2017-ci illərdəki fəaliyyəti”, “Azərbaycanda demokratik təsisatların fəaliyyəti”, “Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə insan haqlarına hörmət sahəsində atılan addımlar”, “Gənclər korrupsiya əleyhinə” mövzularında məruzələr dinləniləcək və müzakirələr aparılacaq.

İclaslarda Çexiya və Ukraynanın prezidentləri, AŞ Nazirlər Komitəsinin sədri çıxış edəcəklər.

Sessiyada “İŞİD tərəfindən həyata keçirilmiş insanlıq əleyhinə cinayətlərin, yaxud mümkün soyqırımlarının təhqiqatı və cəzalandırılması” məsələsi diqqət mərkəzində olacaq.

Milli Məclisin deputatları müzakirələrdə iştirak edəcək, baxılan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcəklər.

1news.az

 

 

Paylaş:
598

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər