Həmsədrlər regiona səfərlərinin yekununa dair bəyanat yayıblar | 1news.az | Xəbərlər
Siyasət

Həmsədrlər regiona səfərlərinin yekununa dair bəyanat yayıblar

16:19 - 07 / 10 / 2017
Həmsədrlər regiona səfərlərinin yekununa dair bəyanat yayıblar

ATƏT-in Minsk qrupu həmsədrləri regiona səfərlərinin yekununa dair bəyanat yayıblar.

1news.az  ATƏT-in saytına istinadla xəbər verir ki, bəyanatda vurğulanır ki, həmsədrləri oktyabrın 6-da İrəvanda Ermənistan prezidenti Serj Sarkisyan, oktyabrın 7-də isə Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüblər.

Onlar Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə hazırlığı müzakirə edilib. Hər iki prezident  münaqişənin sülh yolu ilə həll edilməsi məqsədi ilə danışıqları bərpa etməyə hazır olduqlarını təsdiqləyiblər.

Tərəflər prezidentlərin gələcək sammitə dair yaxın vaxtlarda məlumat verəcəklər.  

P.Sultanova

Paylaş:
608

Son xəbərlər

Bütün xəbərlər