XİN rəhbəri: GUAM ölkələri yaxın əməkdaşlıq əlaqələri qurmağa nail olublar | 1news.az | Xəbərlər
Siyasət

XİN rəhbəri: GUAM ölkələri yaxın əməkdaşlıq əlaqələri qurmağa nail olublar

14:59 - 08 / 10 / 2017
XİN rəhbəri: GUAM ölkələri yaxın əməkdaşlıq əlaqələri qurmağa nail olublar

Xarici İşlər naziri Elmar Məmmədyarov Tbilisidə keçirilən GUAM üzv dövlətləri Xarici İşlər Nazirləri Şurasının GUAM-ın təsis edilməsinin 20 illiyinə həsr olunmuş iclasında çıxış edib.

1news.az  XİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, çıxışında E. Məmmədyarov Azərbaycanın GUAM-ın fəal üzv dövləti olaraq təşkilatın inkişafına və üzv dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsinə əsaslı töhfə verdiyini qeyd edərək təşkilat çərçivəsində uğurlu fəaliyyətin qarşılıqlı inam və dəstək üzərində qurulduğunu dedi.

E.Məmmədyarov 20 il öncə GUAM-ın regionda sülh, təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi və üzv dövlətlər arasında iqtisadi inkişaf və əlaqələndirmənin təşviq edilməsi məqsədilə yaradıldığını deyərək GUAM-ın üzv dövlətlər və onların tərəfdaşları arasında çoxtərəfli əməkdaşlığın gücləndirilməsi üçün xüsusi regional platformanı təmin etdiyini diqqətə çatdırdı.

GUAM üzv dövlətləri ərazisində olan həlli uzadılmış münaqişələrə toxunan nazir bu münaqişələrin suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməli olduğunu vurğuladı.

GUAM daxilində strateji səviyyədə münasibətlərin iqtisadi əlaqələrin genişləndirilməsi və ticarət və nəqliyyat sahələrində əməkdaşlığın inkişafı üçün əlverişli mühiti təşviq etdiyini deyən E. Məmmədyarov Bakı-Tbilisi-Qars dəmir-yol xəttinin GUAM regionu daxilində və onun ətrafında yerləşən ölkələr üçün tranzit körpüsü rolunu oynayacağını qeyd etdi. Bu xüsusda, Avropa və Asiyanı birləşdirən GUAM Nəqliyyat Dəhlizinin təşviqinin vacibliyinə diqqətə çəkdi.

XİN rəhbəri Azərbaycanın GUAM daxilində müxtəlif sahələr üzrə əməkdaşlıqdan məmnun olduğunu qeyd etdi və üzv ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün birgə səylərin daha da artırılmasının vacibliyini vurğuladı.

Nazir bildirdi ki, son 20 ildə GUAM üzv ölkələri tərəfdaşlıq və qarşılıqlı hörmətə əsaslanan yaxın əməkdaşlıq əlaqələri qurmağa nail olublar və üzv ölkələr arasında inamın və həmrəyliyin artması təşkilatın işini daha da müvəffəqiyyətli edəcək.

1news.az 

 

 

Paylaş:
715

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər