Azərbaycanlı qadına təcavüz edib, üzünü yandırdı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı qadına təcavüz edib, üzünü yandırdı - FOTO

18:24 - 08 / 10 / 2017
Azərbaycanlı qadına təcavüz edib, üzünü yandırdı - FOTO

Türkiyənin Samsun şəhərində yaşayan 41 yaşlı azərbaycanlı qadın A.İ. təcavüzə uğrayıb.

1news.az  Lent.az-a istinadən xəbər verir ki, 2 uşaq anası olan A.İsmayılova borc pul almaq üçün R.P. şərti adlı samsunlu bir kişinin evinə gedib. Bu zaman o, ev yiyəsinin cinsi zorakılığına məruz qalıb. R.P. onun cinsi istəyinə qarşı çıxan azərbaycanlı qadının üzünə kimyəvi məhlul töküb. Onun əlindən qurtulan qadın evdən qaçaraq, ətrafdakı insanlardan kömək istəyib.

Xəstəxanaya yerləşdirilən A.İ. bu sözləri deyib: “3-4 il öncə pul qazanmaq üçün Azərbaycandan Türkiyəyə, Samsuna gəldim. Burada tanıdığım bir yaşlı kişidən borca pul istədim. O da pulu vermək üçün məni evinə çağırdı. Evinə gedəndə isə mənə təcavüz elədi. Onun cinsi istəyinə qarşı çıxdım. Nəticədə üzümə kimyəvi məhlul tökdü. Çığırıb, özümü evdən çölə atdım. Qonşular qaçaraq səsimə yığışdılar və məni xəstəxanaya yerləşdirdilər. Mən canımla əlləşən zaman mənə “Sənin güdürəm, səni öldürəcəm” mesajları yazır. Məni bu hala salan şəxsdən şikayətçiyəm. Cəzasını almasını istəyirəm”. 

1news.az  

Paylaş:
649

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər