Zakir Həsənov Qələbə meydanını ziyarət edib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Zakir Həsənov Qələbə meydanını ziyarət edib - FOTO

13:54 - 09 / 10 / 2017
Zakir Həsənov Qələbə meydanını ziyarət edib - FOTO

General-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Belarusda rəsmi səfərdə olan Müdafiə Nazirliyinin nümayəndə heyəti oktyabrın 9-da Minsk şəhərindəki Qələbə meydanını ziyarət edib.

1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, ənənəyə uyğun olaraq nümayəndə heyətinin rəhbəri Qələbə abidəsinin önünə əklil qoyub, digər üzvləri isə memorial qarşısına çiçək dəstələri düzərək ehtiramlarını ifadə ediblər.

Azərbaycan Müdafiə Nazirliyi nümayəndə heyətinin Belarusa rəsmi səfəri davam edir.

S.Xankişiyeva

Paylaş:
797

Son xəbərlər

Bütün xəbərlər