Bakıda kibercinayətkarlıqla mübarizəyə dair beynəlxalq konfrans keçirilir – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda kibercinayətkarlıqla mübarizəyə dair beynəlxalq konfrans keçirilir – FOTO

14:38 - 09 / 10 / 2017
Bakıda kibercinayətkarlıqla mübarizəyə dair beynəlxalq konfrans keçirilir – FOTO

Oktyabrın 9-da Bakı şəhərində Azərbaycan Respublikası Prokurorluğu və Beynəlxalq Prokurorlar Assosiasiyasının, həmçinin Avropa İttifaqı və Avropa Şurasının birgə təşkilatçılığı ilə “Kibercinayətkarlıqla mübarizəyə dair Konfrans” öz işinə başlayıb.

1news.az-ın məlumatına görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında baş tutan tədbirə Şərqi Avropa, Balkan regionu və Mərkəzi Asiya ölkələrinin hüquq mühafizə orqanlarının 50-dək əməkdaşı, beynəlxalq ekspertlər, Beynəlxalq Prokurorlar Assosiasiyasının rəsmi şəxsləri, həmçinin ölkəmizin hüquq mühafizə orqanlarının nümayəndələri qatılıblar.

Konfransın açılış mərasimində Beynəlxalq Prokurorlar Assosiasiyasının baş katibi, eyni zamanda Assosiasiyanın Prokurorların Qlobal Elektron Cinayət Şəbəkəsinin (GPEN) rəhbəri və Niderland Krallığının “Eurojust”da təmsilçisi Han Moraal, Avropa Şurasının Bakı Ofisinin rəhbəri Zoltan Hernyes və Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin siyasi bölməsinin rəhbəri Denis Daniildis iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev sürətlə qloballaşan dünyada kibercinayətkarlıq probleminin xüsusi aktuallığı və ona qarşı dövlət orqanları tərəfindən aparılan mübarizənin vacibliyi barədə ətraflı məlumat verərək cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və digər cinayətlərə qarşı mübarizənin ölkələrin milli təhlükəsizliyinin təmin olunmasına xidmət etdiyini bildirib.

Qeyd edilib ki, ölkəmizdə Prezident İlham Əliyevin siyasi rəhbərliyi altında korrupsiya, çirkli pulların yuyulması və kibercinayətkarlıq da daxil olmaqla cinayətkarlığın bütün təzahürlərinə qarşı barışmaz mübarizə aparılır, Azərbaycan Respublikasının 2010-cu ildən Avropa Şurasının “Kibercinayətkarlıq haqqında” Konvensiyasına qoşularaq bu beynəlxalq müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi istiqamətində kompleks və sistemli inzibati və normativ tədbirlər görülməklə, həyata keçirilmiş hüquqi və institusional islahatlar nəticəsində ölkəmizdə ən müasir beynəlxalq standartlara cavab verən qanunvericilik bazası formalaşdırılıb.

Dövlət başçısının 18 noyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017-2019-cu illər üçün Milli Fəaliyyət Planı”nın bu istiqamətdə fəaliyyətin uğurla davam etdirilməsi üçün mühüm siyasi hüquqi sənədin əhəmiyyəti xüsusu vurğulanıb.

K.Əliyev ölkəmizin hüquq-mühafizə orqanları ilə Beynəlxalq Prokurorlar Assosiasiyası arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri haqda geniş məlumat verib.

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov, BPA-nın Baş katibi Han Moraal, Avropa Şurasının Bakı Ofisinin rəhbəri Zoltan Hernyes və Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin siyasi bölməsinin rəhbəri Denis Daniildis çıxış edərək kibercinayətkarlığa qarşı mübarizə işində dövlət orqanları və beynəlxalq təşkilatların fəaliyyətlərinin effektiv əlaqələndirilməsini təmin edən koordinasiya mexanizminin yaradılmasının, onlar arasında əməkdaşlığın və məlumat mübadiləsi sisteminin səmərəliliyinin artırılmasının, qanunvericiliyin beynəlxalq standartlara tam uyğunlaşdırılmasının, habelə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb, kibercinayətkarlıqla mübarizədə hüquq mühafizə orqanları əməkdaşlarının peşəkarlığının artırılması və effektivliyin təmin edilməsində keçiriləcək təlimlərin əhəmiyyətini qeyd ediblər.

Tədbirdə iştirak edən kütləvi informasiya vasitələrinin nümayəndələrinin sualları cavablandırılıb.

Qeyd edək ki, oktyabrın 11-dək davam edəcək konfransda ekspertlər tərəfindən təqdimatların keçirilməsi, eləcə də işçi qruplar çərçivəsində praktiki məsələlərin həlli nəzərdə tutulub.

Babək Cahandarov

Paylaş:
735

Son xəbərlər

Müdafiə Nazirliyinin rəhbərliyi “ADEX” Beynəlxalq Müdafiə Sərgisinin açılış mərasimində iştirak edibBu gün, 13:07Sabah hava necə olacaq? - PROQNOZBu gün, 13:05Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilibBu gün, 12:44Ötən ay 191 176 nəfərə pensiya və müavinət ödənilibBu gün, 12:37Ağdamda istehsalat müəssisələrinin Azərbaycan iqtisadiyyatına təsirləri – “Bu, yeni ixrac imkanları deməkdir” - ŞƏRHBu gün, 12:31Azərbaycanın turizm imkanları Çində silsilə tədbirlərlə tanıdılıbBu gün, 12:09Beynəlxalq axtarışda olan altı nəfər Azərbaycana ekstradisiya edilibBu gün, 12:04Bu gün Əminə Yusifqızının doğum günüdürBu gün, 11:54FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:04Qızılın bahalaşması davam edirBu gün, 10:48AZAL Təl-Əviv və əks istiqamətdə reysləri dayandırıbBu gün, 10:44Bakıda polisdən qaçmağa cəhd edən şübhəlilər saxlanılıb, yaralı varBu gün, 10:33QDF Şuşa şəhərinə konsert royalının hədiyyə edilməsi ilə bağlı “Qarabağ gecəsi” konsertini keçirib - FOTOBu gün, 10:21DİN: Ötən gün 32 cinayətin üstü açılıbBu gün, 10:14İtaliyanın müdafiə naziri Azərbaycana səfər edibBu gün, 10:11Yağış yağıb, 29 dərəcəyədək isti olub - Faktiki havaBu gün, 09:59AZAL COP29 tədbiri zamanı aviareysləri təxirə salacaq? - CAVABBu gün, 09:41Şamaxıda cibgirlikdə şübhəli bilinən şəxslər saxlanılıblarBu gün, 09:35Azərbaycan nefti cüzi ucuzlaşıbBu gün, 09:24Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqladıBu gün, 09:12
Bütün xəbərlər