Ərdoğanın Azərbaycana gələcəyi tarix açıqlanıb | 1news.az | Xəbərlər
Siyasət

Ərdoğanın Azərbaycana gələcəyi tarix açıqlanıb

17:24 - 09 / 10 / 2017
Ərdoğanın Azərbaycana gələcəyi tarix açıqlanıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin tarixi məlum olub.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, səfər oktyabrın 30-da baş tutacaq.

R.T. Ərdoğanın səfər zamanı bir sıra görüşlər keçirməsi gözlənilir. Bundan başqa, səfər çərçivəsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasının keçirilməsi nəzərdə tutulub.

Türkiyə prezidentinin oktyabrın 30-da Bakıda keçiriləcək Bakı-Tbilisi-Qars dəmiryol layihəsinin açılışında iştirakı də gözlənilir.

Babək Cahandarov

Paylaş:
556

Son xəbərlər

Bütün xəbərlər