Azərbaycan Hərbi Dəniz Qüvvələrində təlim kursu keçirilir
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Müdafiə Nazirliyi arasında imzalanmış illik hərbi əməkdaşlıq planına uyğun olaraq, oktyabrın 9-da Bakıda, Hərbi Dəniz Qüvvələrinin bazasında təlim kursu başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Böyük Britaniyanın Kral Hərbi Donanması tərəfindən təşkil olunan “Dəniz təhlükəsizliyinin planlaşdırılması kurs”unda təlimatçı qismində iştirak etmək məqsədilə britaniyalı hərbi dənizçilərdən ibarət heyət ölkəmizə gəlib.
Kursun açılış mərasimində Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətov, eləcə də Birləşmiş Krallığın ölkəmizdəki səfiri xanım Kerol Meri Krofts çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar.
Kurs oktyabrın 13-dək davam edəcək.
1news.az