Mübariz Əhmədoğlu: Rusiyanın siyasi elitasında ərazi bütövlüyü prinsipinə inamlı tərəfdarlar yoxdur | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Rusiyanın siyasi elitasında ərazi bütövlüyü prinsipinə inamlı tərəfdarlar yoxdur

10:39 - 09 / 10 / 2017
Mübariz Əhmədoğlu: Rusiyanın siyasi elitasında ərazi bütövlüyü prinsipinə inamlı tərəfdarlar yoxdur

Konstantin Kosaçevin Dağlıq Qarabağ məsələsində öz müqəddəratını təyinetmə prinsipinin tətbiqi barədə məlumatları görünür, yoxdur.

1news.az xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib:

“Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Konstantin Kosaçev İspaniyadakı referenduma münasibət bildirərkən güc tətbiqinin öz müqəddəratını təyinetmə prinsipinin reallaşmasına yol açdığını bildirdi. K.Kosaçev yeni formulunda Dağlıq Qarabağ münaqişəsinin də adını hallandırmışdı. K.Kosaçevin başqa münaqişələrlə bağlı fikri ilə işimiz yoxdur. Amma onun  Dağlıq Qarabağ məsələsində öz müqəddəratını təyinetmə prinsipinin tətbiqi barədə məlumatları görünür, yoxdur. Çünki Dağlıq Qarabağda yaşayan erməni əhali 1988-ci il fevralın 20-də Azərbaycan SSR-nin tərkibindən çıxıb, Ermənistan SSR-nin tərkibinə birləşməklə bağlı qərar qəbul etdi. Ermənistan SSR Ali Soveti DQMV icraiyyə komitəsinin bu qərarı əsasında Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi haqqında qərar qəbul etdi. DQMV-nin Azərbaycan SSR-dən ayrılıb Ermənistan SSR-ə birləşməsinin siyasi, ideoloji əsaslandırmasını Qorbaçovun iqtisadi məsələlər üzrə köməkçisi, akademik Abel Aqanbekyan Fransanın “Humanite” qəzetində vermişdi. Qorbaçov hökumətinin ermənipərəst və o zamankı proseslərdə ermənilərin hədsiz aktiv olmasına baxmayaraq ermənilər Dağlıq Qarabağı Azərbaycan SSR-dən ayırıb, Ermənistan SSR-ə birləşdirə bilmədilər. Məhz buna görə aralıq mərhələ kimi Dağlıq Qarabağın müstəqilliyi məsələsi gündəliyə gəldi: Guya Dağlıq Qarabağ əvvəlcə müstəqil dövlət olur, sonra isə Ermənistanın tərkibinə qatılır. Müstəqillik referendumuna hazırlıq kampaniyasının tərkib hissəsi kimi ermənilər hərbi təcavüz vasitəsilə Dağlıq Qarabağın aftoxton azərbaycanlı əhalisini deportasiyaya etdilər.

Beləliklə 1991-ci ilin dekabrın 2-də azərbaycanlı əhalinin iştirakı olmadan “referendum” keçirdilər. Xüsusi olaraq qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsi regionunda ilk qanı da ermənilər töküblər. 1988-ci ilin fevralın 22-də Əskəranda azərbaycanlı əhalinin dinc etiraz aksiyasına ermənilər atəş açdı və iki azərbaycanlı gənc öldürüldü. Baş verən proseslər Dağlıq Qarabağ münaqişəsi regionunda zorun ilk tətbiqinin müəllifi ermənilərin olduğunu göstərir. Çox zorun da müəllifi ermənilərdir. Kosaçev zor tətbiqi ilə millətlərin öz müqəddəratını təyinetmə prinsipi ilə tapdığı əlaqə elmi və politoloji baxımdan səhvdir. Ən azı Rusiya nümunəsi bunu deyir. Çeçen xalqı ayağa qalxmışdı, müstəqillik istəyirdi. RF-in Mərkəzi hökuməti çox uzun müddətə və qeyri-bərabər səviyyədə zor tətbiq etdi. Kosaçev formuluna görə Çeçenistan indi müstəqil olmalı idi. Amma müstəqil deyil. Lakin Rusiya elitasının təmsilçisi olaraq K.Kosaçevin fikirləri başqa prizmadan da diqqəti çəkir. Rusiya elitasında ərazi bütövlüyü prinsipini ardıcıl və inamlı  tərəfdaşı yoxdur. Ərazi bütövlüyü prinsipinə dair heç bir elmi, politoloji, nəzəri əsər yazılmayıb. Rusiya ərazicə hədsiz çox böyük və polietnik dövlətdir. Rusiya iri dövlətlər içərisində ərazi bütövlüyü ən çox təhdidlə rastlaşan ölkədir. Çeçenistan timsalında hətta Rusiyanın vahid konstitusiya məkanında olmadığı bəlli olur. RF üçün ərazi bütövlüyü prinsipini dəstəkləmək hər şeydən vacibdir”.

M.Əhmədoğlunun sözlərinə görə, K.Kosaçevin Dağlıq Qarabağ tənzimlənməsi ilə əlaqəli ümumi yanaşması əsasən konstruktiv qiymətləndirilə bilər:

“Bir neçə dəfə ətraf rayonların Azərbaycana qaytarılmasının zəruriliyini vurğulayıb. Ermənistanlı həmkarı A.Aşotyanla imzaladığı müqavilədə Dağlıq Qarabağ münaqişəsini hamı tərəfindən qəbul edilmiş beynəlxalq hüquq normaları əsasında tənzimlənməsi ifadəsi yerləşdirilib. “Hamı tərəfindən qəbul edilmiş beynəlxalq hüquq normaları” termini Ermənistanın maraqlarına uyğun deyil.

Biz azərbaycanlı olaraq ermənilərə qarşı çox şey deyə bilərik. RF tərəfinin bizim fikirlərimizi filtrdən keçirməsi başa düşüləndir. Kosaçev kimi etatistlər ermənilərin SSRİ-nin dağılmasındakı rolunu araşdırsınlar. ABŞ-ın konqresinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1989-cu ilin iyul və noyabr aylarında qəbul etdiyi qətnamələrlə tanış olsun. Prezident S.Sərkisyan özü şəxsən  “Moskovski Novosti”yə verdiyi müsahibədə ermənilərin SSRİ-nin dağılmasında iştirakını etiraf etmişdi. SSRİ-nin sonuncu illərində sovet ordusuna ilk hücumların Ermənistanda edilməsinin mahiyyəti ilə tanış olsun. Rusiyalı siyasilər öz nəticələrini əldə etsinlər”.

Politoloq bildirib ki, indiki şəraitdə MDB məkanında separatizmə dəstək Rusiyanın daxilindəki separatizmi ruhlandırmaq anlamındadır:

“Şimali Qafqazda vəziyyətin sabitləşməsinin iki mənbəyi var: Güclü Rusiya və güclü Azərbaycan dövlətləri. Bunlardan hansısa birisi zəifləyəcəksə Şimali Qafqazda vəziyyət yenidən gərginləşə bilər. Dağlıq Qarabağdakı ermənilər rus imperiyası tərəfdən İrandan və Osmanlı imperiyasından köçürüldüyü halda Şimali Qafqazda yaşayan xalqların hamısı aftoxtondur.

Ərazi bütövlüyü prinsipini dəstəklənməsi Azərbaycan üçün vacibdir. Amma RF üçün də hədsiz vacibdir. İlk olaraq RF elitası ərazi bütövlüyü prinsipinə qeyri-ciddi yanaşmanı aradan qaldırmalı və bu məsələ ardıcıllıq nümayiş etdirməlidir”.

Babək Cahandarov

Paylaş:
760

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər